...

BDU və Çexiyanın Karlova Universiteti əməkdaşlıq əlaqələrinin 45 illiyini qeyd edib

Cəmiyyət Materials 3 Oktyabr 2017 14:39 (UTC +04:00)
Bakı Dövlət Universiteti və Çexiyanın Karlova Universiteti arasında dostluq və əməkdaşlıq əlaqələrinin 45 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
BDU və Çexiyanın Karlova Universiteti əməkdaşlıq əlaqələrinin 45 illiyini qeyd edib

Bakı. Trend:

Bakı Dövlət Universiteti (BDU) və Çexiyanın Karlova Universiteti arasında dostluq və əməkdaşlıq əlaqələrinin 45 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

BDU-dan Trend-ə verilən məlumata görə, rektor, akademik Abel Məhərrəmov bildirib ki, 1972-ci ildə BDU və Karlova Universiteti arasında imzalanmış əməkdaşlıq haqqında müqavilə hər iki ali təhsil ocağı üçün səmərəli olub, təhsil və elmimizə fayda gətirib. Ötən illər ərzində 500-dən çox professor-müəllim və tələbə mübadilədə iştirak edib, elmi əlaqələrin möhkəmlənməsinə xidmət göstəriblər.

Rektorun sözlərinə görə, artıq bir müddətdir ki, Karlova Universitetindən gəlmiş 10 nəfər müəllim və tələbə ölkəmizin təbiətini, flora və faunasını öyrənmək üçün Gəncə, Qazax, Lənkəran və Naxçıvanda olublar.

Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka Bakı Dövlət Universiteti və Karlova Universiteti arasındakı əlaqələri yüksək qiymətləndirib. Çexiyalı tələbələr və alimlərin BDU-nun Qubadakı Tədris-təcrübə və istirahət mərkəzində maraqlı tədqiqatlar apardığını bildirib, onlara yaradılan şəraitdən razı qaldıqlarını diqqətə çatdırıb.

Karlova Universitetinin professoru Daniel Frinta BDU ilə 30 illik əlaqəsindən danışıb və BDU-nun onun üçün doğma məkan olduğunu bildirib.

Tədbir universitetlərarası əlaqələrin 45 illik şərəfli tarixinə həsr olunmuş sərgiyə baxışla yekunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti