...

Yunanıstan səfiri Bakı Ali Neft Məktəbində olub

Cəmiyyət Materials 10 Oktyabr 2017 12:07 (UTC +04:00)
Bakı Ali Neft Məktəbinin rektoru (BANM) Elmar Qasımov Yunanıstanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nicolaos Kanellos ilə görüşüb.
Yunanıstan səfiri Bakı Ali Neft Məktəbində olub

Bakı. Trend:

Bakı Ali Neft Məktəbinin rektoru (BANM) Elmar Qasımov Yunanıstanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nicolaos Kanellos ilə görüşüb.

BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, rektor Elmar Qasımov qonağı salamlayaraq onu görməkdən məmnun olduğunu bildirib.

Görüş zamanı səfirə BANM-in yaranma tarixi, tədris prosesi, beynəlxalq əlaqələri və fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verən rektor iki ölkə arasında mövcud olan əlaqələrdən bəhs edərək təhsil sahəsində əməkdaşlığın vacibliyini xüsusi olaraq vurğulayıb. E.Qasımov qeyd edib ki, cari ildə Erasmus + proqramı çərçivəsində BANM-in 5 tələbəsi Yunanıstanın Pirey Tətbiqi Elmlər Universitetində (PUAS) təhsilini davam edəcəklər. Bildirib ki, gələcəkdə əlaqələrin daha da genişləndirilməsi və tələbələrin sayının artırılması nəzərdə tutulur.

Səfir Nicolaos Kanellos səmimi qəbula görə təşəkkür edib. O, Azərbaycanla əlaqələrin Yunanıstan üçün prioritet istiqamətlərdən biri olduğunu, xüsusilə təhsil və elm sahələrində qarşılıqlı əməkdaşlığın hər iki ölkə üçün faydalı ola biləcəyini vurğulayıb.

Görüşdə, gələcək əməkdaşlıq, tələbələrin və professor-müəlim heyətinin mübadiləsi və elmi tədqiqatlar sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti