...

RƏSƏDXANA: Sabah saat 9-da Yerin yaxınlığından keçən asteroidi görmək olar

Cəmiyyət Materials 11 Oktyabr 2017 12:58 (UTC +04:00)
Sabah “2012 TS4” asteroidi Yerə ən yaxın məsafədən keçəcək.
RƏSƏDXANA: Sabah saat 9-da Yerin yaxınlığından keçən asteroidi görmək olar

Bakı. İlhamə İsabalayeva - Trend:

Sabah “2012 TS4” asteroidi Yerə ən yaxın məsafədən keçəcək.

Bunu Trend-ə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib.

Onun sözlərinə görə, asteroid Yerə 43 min km məsafədən keçəcək ki, bu da Ayla Yerin arasındakı məsafədən təxminən 10 dəfə yaxın məsafədir:

"Yəni, asteroid Ayın orbitini kəsəcək. Asteroid yerli vaxtla səhər saat 9-a qalmış, 9-da Yerə ən yaxın nöqtədən keçəcək".

X.Mikayılov deyib ki, asteroidin sürəti saniyədə 7,6 km, başqa sözlə 1 saatda 28 min km-dir. Asteroidin diametri təxminən 10, uzunluğu 40 metrə yaxındır: "İlkin hesablamalar göstərir ki, Yerə yaxın məsafədən keçməsinə baxmayaraq, onun Yerə yaxınlaşmasının Yer üçün heç bir təhlükəsi yoxdur".

X.Mikayılov asteroidin keçidinin səhər saatlarında teleskop vasitəsilə müşahidə etmək mümkün olacağını qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti