...

Dövlət Komitəsi: Dində olan parçalanmalar cəmiyyətin də parçalanmasına səbəb olur

Cəmiyyət Materials 10 Noyabr 2017 10:46
Azərbaycanda dövlət dini maarifləndirmə işinin təşkili və dini icmaların fəaliyyəti üçün bütün yardımları edir.
Dövlət Komitəsi: Dində olan parçalanmalar cəmiyyətin də parçalanmasına səbəb olur

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda dövlət dini maarifləndirmə işinin təşkili və dini icmaların fəaliyyəti üçün bütün yardımları edir.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı "Dini maarifləndirmə işi: mövcud vəziyyət və imkanlar" mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, dində olan parçalanmalar cəmiyyətin də parçalanmasına səbəb olur: "Xristian dinində də parçalanmalar var. Amma dində parçalanmalara yol vermək lazım deyil. Dində ayrı-ayrı parçalanmalar dini zəiflədərək cəmiyyətin də parçalanmasına zəmin yaradır. Bu da qırğınlara, müharibələrə səbəb olur. Şərqdə baş verən hadisələr buna bariz sübutdur".

İslam prinsiplərinin sülhə söykəndiyini deyən S.Salahlı bildirib ki, dini maarifləndirmənin əsas məqsədi öz dindaşlarımız arasında həmrəylik yaratmaq və onun prinsiplərinə əməl etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti