...

Tibbi sığortadan istifadə edənlər dərmanları da pulsuz ala bilərlər

Cəmiyyət Materials 27 Noyabr 2017 11:25 (UTC +04:00)
Növbəti il üçün icbari tibbi sığorta sisteminin tətbiqi üçün baza zərfinin təkmilləşdirilməsi məsələsinə baxıla bilər.
Tibbi sığortadan istifadə edənlər dərmanları da pulsuz ala bilərlər

Bakı. İlhamə İsabalayeva - Trend:

Növbəti il üçün icbari tibbi sığorta sisteminin tətbiqi üçün baza zərfinin təkmilləşdirilməsi məsələsinə baxıla bilər.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev bu gün "Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" layihəsinin açılış mərasimində çıxış edərkən deyib.

Onun sözlərinə görə, baza zərfində dərman təminatının olmaması əhali üçün müəyyən çətinliklər yaradır: "Ona görə də növbəti il üçün ambulator müalicə üzrə dərman təminatının - həyat üçün ən vacib dərmanların zərfə daxil edilməsi nəzərdə tutulur. Artıq bu istiqamətdə qiymətləndirilməyə başlanılıb".

Z.Əliyev qeyd edib ki, 2017-ci ildən Azərbaycan icbari tibbi sığorta sisteminin tətbiqinə başlayıb: "Biz belə qərara gəldik ki, Azərbaycanda icbari tibbi sığorta sistemi sosial həmrəylik prinsiplərinə söykənərək universal tibbi təminat əsasında qurulsun. Biz baza zərfinə bütün tibbi xidmətlərin 70 faizə yaxınını daxil etdik. Nəticələr göstərir ki, vətəndaşların tibbi xidmətlərə əlçatanlığı yüksəlib. Bu ilin sonunda biz nəticələri analiz edəcəyik və növbəti addımlarımızı müəyyən edəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti