...

"Samsung" sevərlərə MÜJDƏ! Yeni smartfonun görüntüləri yayılıb (FOTO)

Cəmiyyət Materials 28 Noyabr 2017 18:42 (UTC +04:00)
İnternetdə “Samsung Galaxy A7” smartfonunun görüntüləri yayılıb.
"Samsung" sevərlərə MÜJDƏ! Yeni smartfonun görüntüləri yayılıb (FOTO)

Bakı. Trend:

İnternetdə “Samsung Galaxy A7” smartfonunun görüntüləri yayılıb.

Trend-in məlumatına görə, yeni smartfon hələlik rəsmi elan olunmayıb.

Bəzi mənbələrdə yeni smartfonun “Samsung Galaxy A8 Plus” adlanacağı qeyd olunur.

Görüntülərə əsasən, yeni “Samsung” çərçivəsiz, tam ekranlı şəkildə olacaq.

Bu telefonun ekranında “Ana səhifəyə” düyməsi yığışdırılıb, barmaq izləri skaneri isə arxa hissədə kameranın aşağısına yerləşdirilib.

16 meqapiksellik iki kameraya malik telefonun 4 giqabayt operativ yaddaş, 32 giqabayt əlavə yaddaş kartı olacaq. Smartfon “Android 7.1.1.” əməliyyat sistemi ilə işləyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti