...

Milli Məclis toplaşır - 2018-ci il dövlət büdcəsini təsdiq etmək üçün

Cəmiyyət Materials 1 Dekabr 2017 07:50 (UTC +04:00)
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
Milli Məclis toplaşır - 2018-ci il dövlət büdcəsini təsdiq etmək üçün

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Trend-in məlumatına görə, ilk öncə iclasda "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirə olunacaq. Müzakirələrdən sonra 2018-ci ilin dövlət büdcəsinin təsdiq edilməsi gözlənilir.

Daha sonra iclasda "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında", "İşsizlikdən sığorta fondunun 2018-ci il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikasının 2018-ci il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasının 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri, Milli Məclisin 2018-ci il üçün xərclər smetası, Hesablama Palatasının 2018-ci il üçün xərclər smetası, o cümlədən bir sıra qanunlara və məcəllələrə əlavə və dəyişikliklər müzakirəyə çıxarılacaq.

Ümumilikdə Milli Məclisin bu gün keçirilən iclasında 31 məsələ müzakirə ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti