Azərbaycanın gənc ixtiraçıları: Bizim layihəmiz Azərbaycanın dünyaya növbəti töhfəsidir (FOTO/VİDEO)

Azərbaycanın gənc ixtiraçıları: Bizim layihəmiz Azərbaycanın dünyaya növbəti töhfəsidir (FOTO/VİDEO)

Bakı. İlhamə İsabalayeva – Trend:

Akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin (“İstək” liseyi) 9-cu sinif şagirdləri, 15 yaşlı məktəbli Reyhan Camalovanın rəfiqəsi Zəhra Qasımzadə ilə birgə etdiyi ixtira ABŞ və Hindistanın birgə təşkilatçılığı ilə Hindistanda keçirilən “Qlobal Sahibkarlıq Sammiti 2017”də böyük marağa səbəb olub.

Yağış suyundan enerji istehsal edən 15 yaşlı ixtiraçılar belə qənaətə gəliblər ki, milyardlarla litr yağış suyundan düzgün istifadə olunsa, ondan potensial enerji kimi istifadə etmək olar. Bu problemi həll etmək üçün onlar fizika müəllimləri ilə birlikdə yağış suyundan enerji istehsal edən Reynerci (Rainergy) qurğusunu yaradıb. Qurğu dörd əsas hissədən: yağış suyunun kollektoru, su çəni, elektrik generatoru və batareyadan ibarətdir. Yağış suyu kollektoru su çənini yağış suyu ilə doldurur, su isə elektrik generatorunun içi ilə böyük sürətlə axaraq elektrik enerjisi yaradır. İstehsal olunan enerji akkumulyatorlarda toplanır, elektrik şəbəkəsinin xətlərinə düşən təzyiqi azaldır və ehtiyacı olan icmalara elektrikdən istifadə etmək üçün əlavə mənbə verir.

Gənc ixtiraçıların “Qlobal Sahibkarlıq Sammiti 2017”də iştirakları ilə bağlı təəssüratları və gələcək planları haqqında Trend-ə müsahibəsini təqdim edirik:

- Reyhan və Zəhra, bu uğurlarınıza görə sizi təbrik edirəm. Sizcə, 150 ölkədən 1500 sahibkar arasından niyə yalnız sizin layihənizə xüsusi diqqət göstərildi?

- Reyhan: Onların arasında ən gənc qadın sahibkar olaraq qatıldım. Layihə özü genişmiqyaslı olduğu üçün İvanka Tramp onu öz təqdimatında xüsusi qeyd etdi.

- Zəhra, müəlliflərindən biri olduğunuz layihənin təqdimatında hansı səbəbdən iştirak edə bilmədiniz?

- Müsabiqənin şərtinə görə, hər komandadan bir nəfər tədbirdə iştirak edə bilərdi. Ona görə də təqdimat mərasimində iştirak edə bilmədim.

- Birgə layihəniz nə qədər müddətə başa gəlib?

- Əslində, biz 8 ay birlikdə çalışmışıq. 4 ay isə tam olaraq, bu layihənin üstündə işləmişik. Layihənin hazırlanmasına bu ilin aprelindən başlamışıq. Layihəni daha sonra biznesə-startapa çevirmişik və biznes plan hazırlamışıq. Daha sonra isə “Rainergy” adlı layihə ilə Azərbaycanda ilk dəfə keçirilən “ClimateLaunchpad - startap yaşıl biznes” müsabiqəsində iştirak etmişik. Müsabiqənin finalı çox möhtəşəm olub. Müsabiqənin Azərbaycan finalında layihəmiz “Tamaşaçıların ən sevimli startapı” adını qazanıb.

- Reyhan, təqdimatdan sonra ABŞ prezidenti Donald Trampın baş müşaviri və prezidentin Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitindəki nümayəndəsi İvanka Trampla görüşdünüz. Yəqin ki, bu layihəyə olan yüksək marağın nəticəsi idi. Bu görüşdə hansı müzakirələr apardınız?

- Bu, çox böyük görüş olmadı, 2-3 dəqiqə davam etdi. İvanka Tramp həmin görüşdə layhəni çox təriflədi, onu yüksək qiymətləndirdi.

- Layihənin smeta dəyəri nə qədərdir? O, gerçəkləşərsə, neçəyə başa gələ bilər?

- Reyhan: Yağış suyundan enerji istehsalını nəzərdə tutan bu qurğunun prototipi hazırda 22 led lampanı işıqlandırır. Bu da təqribi 22 watt enerji deməkdir. Amma bildiyimiz kimi, bu, enereji sahəsində genişmiqyaslı cihazdır. Bu cihazın əslini qurmaq üçün 20 min dollar investisiyaya ehtiyacımız var. Mən bu məbləği sammitdə də qeyd etdim. Orada bir çox investorlarla söhbət oldu. Bu layihə investorların, daha çox Hindistan investorlarının marağına səbəb olmuşdu. Çünki Hindistan yağışlı ölkədir. Onlar dedilər ki, bu investisiyanın məbləği böyük deyil və rahatlıqa bu iş üçün sizə investisiya qoya bilərik. Hazırda onlarla elektron poçt vasitəsilə əlaqələr saxlayırıq. Ümid edirik ki, istədiyimiz investisiya məbləğini əldə edəcəyik.

- Azərbaycanın cənub bölgəsində də düşən yağıntının miqdarı çox olur. Bu layihənin ölkənin həmin bölgəsində reallaşdırılması mümkündürmü?

- Reyhan: Düzünü desəm, bəlkə də ola bilər. Amma bu, tam olaraq, Azərbaycan üçün nəzərdə tutulan bir layihə deyil. Amma layihəni ilkin sınaqlarda Lənkəran-Astara bölgəsində istifadə edə bilərik.

- Niyə görə layihə Azərbaycan üçün yararlı sayılmır?

- Reyhan: Çünki bu, yağışın daha çox olduğu ölkələr - ekvatorial ərazilərdə yerləşən, musson yağışlar yağan Hindistan, Filippin, İndoneziya kimi ölkələr üçündür. Azərbaycan o qədər də yağışlı olmadığından layihə ölkəmiz üçün çox da səciyyəvi deyil. Lakin bizim layihəmiz Azərbaycanın dünyaya növbəti töhfəsidir

- Siz Azərbaycanın ən gənc ixtiraçısı hesab oluna bilərsiniz. Yeni ixtiralar üzərində iş aparırsınızmı?

- Reyhan: Hazırda “Rainergy” layihəsinin üzərində çox çalışırıq. Amma başqa planlarımız da var. Gələcəkdə başqa layihələr üzərində işləməyi düşünürük.

- Zəhra: Əsas məqsədimiz odur ki, “Rainergy”ni dünyanın ən məşhur şirkətlərindən birinə çevirək. Ələbəttə ki, bu gələcəkdə olacaq. Indi isə biz 9-cu sinif şagirdiyik və dərslərimizə daha çox diqqət ayrılmalıyıq. Daha böyük ixtiralar da ola bilər və ümid edirik ki, olacaq.

Bütün qanunsuz sənədlərin ləğvi qarşımızda duran ən vacib tapşırıqdır, Şuşa isə xüsusi mövzudur - Azərbaycanın Fransadakı səfiri
Bütün qanunsuz sənədlərin ləğvi qarşımızda duran ən vacib tapşırıqdır, Şuşa isə xüsusi mövzudur - Azərbaycanın Fransadakı səfiri
Yanğınsöndürmə maşınına Azərbaycan tərəfdən atəş açılması yalandır - MN
Yanğınsöndürmə maşınına Azərbaycan tərəfdən atəş açılması yalandır - MN
Ermənistanın Azərbaycan ərazisinə silah ötürməsi üçtərəfli bəyanatın kobud şəkildə pozulmasıdır - Amerikalı ekspert
Ermənistanın Azərbaycan ərazisinə silah ötürməsi üçtərəfli bəyanatın kobud şəkildə pozulmasıdır - Amerikalı ekspert
Loading Bars
Xəbər lenti
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Aİİ tərəfindən təşkil olunan “Xristianlıq” tədris kursu fəaliyyətə başlayıb (FOTO)
Azərbaycanda 2300 nəfər COVID-19-a yoluxub, 27 nəfər vəfat edib
Əməkdar rəssam vəfat edib
İmişli Neft Terminalının fəaliyyəti məhdudlaşdırılıb (VİDEO)
Şəhidlərimizin anım mərasimi keçirilib (FOTO/VİDEO)
DSMF-nin büdcə gəlirləri və xərcləri məlum olub
Azərbaycan və Dünya Bankı arasında kredit müqaviləsi imzalanıb
Uşaq və yeniyetmələr arasında mədə-bağırsaq xəstəlikləri artıb
TAP konsorsiumu rəqəmsallaşdırma sahəsində tenderlər elan edəcək
Hansı uşaqlara vaksin vurdurmaq tövsiyə edilir?
Füzuli Beynəlxalq Hava Limanının açılışı Azərbaycan tarixində unudulmaz səhifə açdı - Deputat
Hazırda yas mərasimlərinin keçirilməsinə icazə yoxdur - Dini komitə
Uşaqları koronavirusdan necə qorumalıyıq? - AÇIQLAMA
DİN kibercinayətkarlıqlarla bağlı vətəndaşlara müraciət edib
“Nar” daha bir satış və xidmət mərkəzini yenilədi (FOTO)
Taxıl Fondu Dövlət Ehtiyatları Agentliyinin sərəncamına verilib
Bakıda koronavirusa ən çox yoluxma bu rayondadır
Prezident İlham Əliyev Miloş Zemanı təbrik edib
İranda koronavirusdan gündəlik ölüm sayı yenidən artıb
Azərbaycanda ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb
Mingəçevir Dövlət Universitetində yol hərəkətinin təhlükəsizliyinə dair seminar keçirilib (FOTO)
Ağac sexlərində qanunsuz meşə materialı aşkarlanıb
Azərbaycan və Türkiyənin dini liderləri Qarabağa səfər edib (FOTO)
“Məşğulluq marafonu”na 563 işəgötürən qoşulub
Norveç şirkəti "Azəri-Çıraq-Günəşli" blokunda hasilatı azaldıb
İsrail təyyarəsi ilk dəfə Səudiyyə Ərəbistanına uçub
Vaksinlər koronavirusun yeni variantına qarşı effektivdir - İnfeksionist
BMT Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı rəhbəri Ağdama səfər edib (FOTO)
2022-ci ildə elm sahəsinə xərclər 10 faizdən çox artırılacaq
2007-ci ildən bu günə qədər ali məktəblərə qəbul üzrə edilən dəyişikliklər - SİYAHI
Şəhid ailələri və qazilərlə bağlı “Zəfər” altsistemi yaradılır - Fərman
Xaçmaz rayonunda onlayn formatda vətəndaşların müraciəti dinlənilib (FOTO)
Azərbaycanda ünvanlı dövlət sosial yardımının məbləği artırılır
Azərbaycandakı dini qurumların sayı açıqlanıb
Azərbaycan hərbçilərinin Türkiyədəki təlimi başa çatıb (FOTO)
Azərbaycanın azad edilmiş əraziləri tezliklə nümunəvi istehsal mərkəzinə çevriləcək - Türkiyə Prezidenti
Füzuli aeroportunun açılması ilə mühüm hava nəqliyyatı marşrutu reallaşdırılıb - Ərdoğan
"Təmiz Şəhər" iki beynəlxalq sertifikata layiq görülüb
"Holcim Azərbaycan" Azərbaycanda əsas infrastruktur layihələrinin etibarlı tərəfdaşıdır
Toxum və əkin materialları sahəsində yeni dövlət standartı təsdiq edilib
Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti işə başlayıb
Rusiyada koronavirusdan ən yüksək ölüm statistikası qeydə alınıb
SOCAR Neft Emalı Zavodunun ətrafındakı yüksək səs və gurultulara aydınlıq gətirib (FOTO)
Qazax sakinindən odlu silah götürülüb (FOTO)
Qazaxda narkotik alverçisi yaxalandı (FOTO)
Qarabağda sahibkarlar vergi və rüsumlardan azad ediləcək - Nazir müavini (FOTO)
Paytaxtda növbəti həyət abadlaşdırılıb (FOTO)
Ermənilər Bərdəni atəşə tutmaqla əhali arasında təşviş yaratmaq istəyirdilər - Hərbi ekspert
Növbəti qəbul imtahanlarının mövzularında yeniliklər olacaq
Sabah hava necə olacaq?
Azərbaycanda 2022-ci il üçün ehtiyac meyarı artırılır
Məleykə Abbaszadə ixtisas qruplarındakı dəyişikliklərə aydınlıq gətirib
UNEC-də “Erməni dili” kurslarına start verilib
Türkiyə Milli Müdafiə Universitetinin nümayəndələri Azərbaycanın xüsusi təyinatlı təhsil müəssisələrində olub (FOTO)
Hazırda tədrisi distant aparan siniflərin sayı açıqlanıb
Yaşayış minimumunun məbləği artırılır
Saxta COVID pasportu satan xəstəxana rəhbərliyinə cinayət işi başlandı
Məhkəmə və hüquq-mühafizə sahələrinə xərclər 13 faizə yaxın artırılacaq
Vilyam Hacıyev xəstəxanadan təcridxanaya qaytarıldı
Goranboyda karantini pozan kafe sahibləri məsuliyyətə cəlb olunub (FOTO)
Dünya Bankı BVF direktorunun öz müdafiəsi üçün iclasın keçirilməsi müraciətini qəbul etməyib
BDU-da “Regionda sülhün qorunması: Qarabağın yenidən qurulması” mövzusunda konfrans keçirilib (FOTO)
Füzuli Beynəlxalq Hava Limanının açılması qələbəmizin davamıdır - Səttar Möhbalıyev
ƏƏSMN-in elektron xidmətlərinə 11,5 milyon müraciət qeydə alınıb
Ölkə üzrə koronavirusa yoluxan şagird və müəllimlərin sayı açıqlandı
Fəhlənin ölümündə təqsirləndirilən şirkət rəhbərinin işi məhkəməyə göndərildi
Qubadlıda icra olunan infrastruktur layihələri dinamik inkişafa hesablanıb - Kamaləddin Qafarov
Kaspersky identifikasiya, autentifikasiya və avtorizasiya arasındakı fərqi izah edir
Toy karvanında avtoxuliqanlıq edən sürücü həbs edilib (FOTO)
Azərbaycan Naxçıvana dotasiyaları artıracaq
DOST Agentliyi “Avropa Sosial Xidmətlər Mükafatı – 2021”in finalçılar siyahısında iki yer qazanıb
Türkiyə Azərbaycandakı layihələrə bundan sonra da sərmayə qoymağa hazırdır - İnvestisiyalar idarəsinin rəhbəri
Azərbaycan və Türkiyə liderlərinin birgə səyi regionda sülhün qarantıdır
“Baku Steel Company” istehsal və maliyyə göstəricilərini açıqladı
Biz Qarabağın sürətlə bərpasının şahidi oluruq - Bilal Ərdoğan
Dövlət Neft Fondundan büdcəyə köçürmələr 4,2 faiz artacaq
Yol polisi piyadalara yol verməyən sürücülərə xəbərdarlıq etdi
Sayğaclar dəyişdirilərkən abonent mexaniki sayğacdan imtina edə bilər - "Azəriqaz"ın rəhbəri
Yerli və xarici iş adamları Qarabağda sənayenin bərpasına investisiya qoymaq istəyirlər - Məmməd Musayev
Azərbaycanda təbii qazın qiyməti yenidən arta bilər? - "Azəriqaz"ın baş direktoru açıqladı
Bərdəyə raket hücumuna görə cavabdeh olanlar məsuliyyət daşımalıdırlar - Ceyhun Bayramov (FOTO)
Bir tərəfdə erməni vandalizmi, digər tərəfdə müasir ev – Tərtər sakininin dağılmış evi muzey kimi saxlanılacaq (FOTO/VİDEO)
Azərbaycanda 2022-ci ildə sosial sahəyə 4 milyard manata yaxın pul ayrılacaq
Qarabağa kiçik və orta biznesin cəlbi önəmlidir - Göksel Aşan
2022-ci ildə səhiyyəyə 1,8 milyard manata yaxın vəsaitin ayrılması gözlənilir
Gələn il təhsilə dörd milyard manata yaxın vəsaitin ayrılması planlaşdırılır
Azərbaycanın dövlət büdcəsinin gəlirləri 5 faizdən çox artacaq
Bakıda şirkətdə baş verən ölümlə bağlı cinayət işi başlandı
Yaxın zamanda avtobuslarda bank kartı vasitəsilə ödəniş etmək mümkün olacaq - BNA
Gələn il Azərbaycanda müdafiə və təhlükəsizlik xərclərinə 4,5 milyard manata yaxın vəsait ayrılacaq
Gələn il işğaldan azad olunmuş ərazilərin bərpasına ayrılacaq vəsaitin həcmi açıqlanıb
III ixtisas qrupu ilə bağlı dəyişiklik edilib
Azad edilmiş ərazilərdə bərpa işləri daha da sürətlənəcək - Mikayıl Cabbarov
Azərbaycanın mülki müdafiə planının hazırlanması üzrə Komissiya yaradılıb
Xarici valyutaların manata qarşı məzənnələri
Azərbaycan-Türkiyə münasibətləri ən yüksək səviyyədədir - Deputat
İranda zəncirvari qəza olub, 20-dən çox şəxs yaralanıb
Azərbaycan Qarabağdakı nəhəng layihələri ilə dünyanı heyrətləndirir - Sahil Kərimli
Qanunsuz ov edən şəxslər cəzalandırılıb
Bütün xəbərlər