...

18 540 əcnəbi miqrasiya qanunvericiliyinin tələblərini pozub (FOTO)

Cəmiyyət Materials 23 Dekabr 2017 14:35 (UTC +04:00)
18 540 əcnəbi miqrasiya qanunvericiliyinin tələblərini pozub.
18 540 əcnəbi miqrasiya qanunvericiliyinin tələblərini pozub (FOTO)

Bakı. Trend:

18 540 əcnəbi miqrasiya qanunvericiliyinin tələblərini pozub.

Trend-in məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev 2017-ci ilin yekunlarına həsr olunmuş xidməti müşavirədə deyib.

F.Nəbiyev bildirib ki, hesabat dövründə 2 570 014 halda 1 432 700 nəfər əcnəbinin Azərbaycan Respublikasının ərazisinə girişi, 2 579 004 halda isə 1 439 023 nəfər əcnəbinin ölkədən çıxışı qeydə alınıb: "Ölkəyə girişi qeydə alınmış əcnəbilərdən 720 024 nəfəri olduğu yer üzrə qeydiyyata alınıb. Dövlət Miqrasiya Xidmətinə Azərbaycan Respublikası ərazisində olma və yaşama icazələrinin, haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması, qaçqın statusunun müəyyənləşdirilməsi, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa, xitam və vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı 88 743 müraciət daxil olub. Haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün 7980 əcnəbiyə iş icazəsi, 537 şəxsə müvəqqəti olma müddətinin uzadılması qərarı, 39 940 şəxsə müvəqqəti yaşama icazəsi, 2983 şəxsə isə daimi yaşama icazəsi verilib".

Xidmət rəisi həmçinin qeyd edib ki, miqrasiya qanunvericiliyinin tələblərini pozmuş 18 540 əcnəbi və vətəndaşlığı olmayan şəxs barəsində müvafiq qərarlar qəbul edilib: "Xidmətin Çağrı mərkəzinə 102.629 zəng daxil olub. Görülən tədbirlər ölkəmizin təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyindən bu sahədə aparılan işlər daim ciddi nəzarətdə saxlanılmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti