...

Türkiyə xəstəxanasından Qarsda qəzada yaralanan azərbaycanlıların dəqiq sayı və vəziyyəti barədə (ÖZƏL) (YENİLƏNİB-2)

Cəmiyyət Materials 25 Dekabr 2017 13:13 (UTC +04:00)
Yaralıların əksəriyyətinin Naxçıvandan olduğu deyilir.
Türkiyə xəstəxanasından Qarsda qəzada yaralanan azərbaycanlıların dəqiq sayı və vəziyyəti barədə (ÖZƏL) (YENİLƏNİB-2)

İlk xəbər saat 12:04-də yayılıb

Bakı. Rufiz Hafizoğlu - Trend:

Qarsda sərnişin avtobusunun qəzaya uğraması zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilən azərbaycanlıların vəziyyəti yaxşıdır.

Bu barədə Trend-ə Sarıqamış dövlət xəstəxanasından bildiriblər.

Qeyd olunub ki, xəstəxanaya yerləşdirilən 28 azərbaycanlı yüngül xəsarət alıb: "Qəza nəticəsində avtobus şüşələrinin qırıntısı onların əksəriyyətinin üz nahiyəsinə yüngül kəsik xəsarəti yetirib".

X X X

12:34

Qarsda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində xəsarət alan azərbaycanlıların həyatı üçün hər hansı təhlükə yoxdur.

Bu barədə Trend-ə Qars dövlət xəstəxanasından bildiriblər.

Xəstəxanaya ümumilikdə neçə yaralının yerləşdirildiyi bildirilməsə də, ambulator yardımdan sonra 4 nəfərin buraxıldığı deyilib.

Qeyd edək ki, Türkiyədən Azərbaycana gələn sərnişin avtobusu Qarsda aşıb. Qəza nəticəsində 30 nəfər xəsarət alıb.

X X X

12:14

Türkiyədən Azərbaycana gələn sərnişin avtobusu Qarsda aşıb.

Trend-in məlumatına görə, qəza nəticəsində 30 nəfər xəsarət alıb.

Hadisəyə səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir.

Yaralıların əksəriyyətinin Naxçıvandan olduğu deyilir. Onlar Sarıqamış və Qarsdakı xəstəxanalara yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti