...

Şəki dünyanın 18 görməli məkanı sırasında

Cəmiyyət Materials 4 Yanvar 2018 15:59 (UTC +04:00)
Şəki dünyanın 18 görməli məkanı sırasında.
Şəki dünyanın 18 görməli məkanı sırasında

Bakı. Trend:

Məşhur "Make time to see the world" səyahət bloqu az tanınan, lakin 2018-ci ildə səyahət edilməli olan 18 turizm istiqaməti sırasında Azərbaycanın Şəki rayonunu da qeyd edib.

Trend-in məlumatına görə, burada Şəkinin İpək Yolu üzərində yerləşməsindən, Xan Sarayının gözəlliyi və tikilişindən, eləcə də Şəkinin füsunkar təbiətindən bəhs olunur.

Bloqun tərtib etdiyi siyahıda Vanuatu arxipelaqi, Ortica Siciliya (İtaliya), Siros (Yunanıstan), Olomuts (Çexiya), Skopye (Makedoniya), Urumçi (Çin), Qucarat (Hindistan) kimi turizm istiqamətləri də yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti