Bakı. Samir Əli - Trend:
Bakıda fəaliyyət göstərən 175 saylı sərnişin avtobusda yanvarın 13-dən etibarən məsafədən asılı olmayaraq gediş haqqı 30 qəpik olacaq.
Bu barədə Trend-ə açıqlamasında "BakuBus" MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev deyib.
Onun sözlərinə görə, həmin tarixdən adıçəkilən marşrut üzrə gediş haqqı kart sistemi ilə həyata keçiriləcək və qiymət 30 qəpik təşkil edəcək:
Qəza baş vermiş marşrut xətti üzrə yeni avtobuslar xidmət göstərəcək
Qeyd edək ki, yanvarın 13-dən bu xətt üzrə avtobuslar Hövsan qəsəbəsinin mərkəzindən “28 may” metrostansiyasınadək hərəkət edəcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin