Bakı. Trend:
Almaniyada flora öz zənginliyi ilə seçilsə də, mütəxəssislərin fikrincə, bu ölkədə bəzi növlər nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir.
Trend-in məlumatına görə, bioloqlar bu problemə diqqət cəlb etmək məqsədilə müxtəlif kateqoriyalarda azalmaqda olan "İlin bitkisi"ni seçiblər. Maraqlısı odur ki, həmin bitkilərin bəziləri Azərbaycanda yabanı şəkildə də bitir. Trend həmin bitkilərin adlarını və fotolarını təqdim edir:
İlin ağacı - Şabalıd
İlin çiçəyi - Bulaqotu, dəstərək
İlin çoxillik bitkisi - Kürən günotu
İlin göbələyi - Şampinyon
İlin ədviyyatı - Zəncəfil
İlin tərəvəzi - Şalğam
İlin dərman bitkisi - İtotu
İlin səhləb gülü - Enliyarpaq səhləb
İlin mamırı - Almayabənzər bartramiya
İlin zəhərli bitkisi - Gənəgərçək