...

Bakıda qəsdən adam öldürmə cinayətlərinin 92,9 faizi açılıb

Cəmiyyət Materials 18 Yanvar 2018 17:56 (UTC +04:00)
Bakıda qəsdən adam öldürmə cinayətlərinin 92,9 faizi açılıb.
Bakıda qəsdən adam öldürmə cinayətlərinin 92,9 faizi açılıb

Bakı. Samir Əli - Trend:

Bakıda qəsdən adam öldürmə cinayətlərinin 92,9 faizi açılıb.

Trend-in məlumatına görə, bunu Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov daxili işlər naziri Ramil Usubovun iştirakı ilə İdarənin 2017-ci ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsində deyib.

M.Seyidov qeyd edib ki, 2016-cı illə müqayisədə ağır və xüsusilə ağır cinayətlər 6, qəsdən adam öldürmə cinayətləri 4,8, soyğunçuluqlar 10, quldurluqlar 16, dələduzluqlar 3,4, avtonəqliyyatın qaçırılması 6,3, xuliqanlıq cinayəti isə 12,2 faiz azalıb.

İdarə rəisi bildirib ki, cinayətlərin 80, onun ağır növlərinin 78,7, qeyri-aşkar şəraitdə baş verənlərin 69,7, şəxsiyyət əleyhinə olan cinayətlərin 94,4, o cümlədən qəsdən adam öldürmələrin 92,9, adam öldürməyə cəhdlərin 96,9, qəsdən sağlamlığa ağır zərər vurmaların 90,2, adam oğurluqlarının 80 faizinin açılması təmin olunub.

Polis general-mayoru vurğulayıb ki, ötən il narkotiklərlə bağlı aşkar edilmiş 802 fakt üzrə qanunsuz dövriyyədən 272 kiloqramdan çox narkotik vasitə çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti