Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycanda əlillərin reyestrinin yaradılması təklif edilir.
Trend-in məlumatına görə, bu təkliflə deputat Musa Quliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib.
M.Quliyev bildirib ki, əlillərin reyestri yaradılsa və hər kəsə açıq olsa, əlillərə hansı xidmətlərin göstərildiyini, onların problemlərinin nədən ibarət olduğunu və əlillərlə bağlı digər məsələləri aydın görmək olar.
Komitədə müzakirə edilən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsinə münasibət bildirən M.Quliyev deyib ki, layihədə əlillərin mənzil təminatı ilə bağlı müddəa öz əksini tapmalıdır.