...

"Ford” və "Changan” 560 mindən çox avtomobili geri çağırdı - Əyləcdə problem

Cəmiyyət Materials 19 Fevral 2018 20:02 (UTC +04:00)
"Ford” və Çinin "Changan” şirkəti birgə müəssisələrində yığılmış 560 mindən çox avtomobili geri çağırıb.
"Ford” və "Changan” 560 mindən çox avtomobili geri çağırdı - Əyləcdə problem

Bakı. Trend:

"Ford” və Çinin "Changan” şirkəti birgə müəssisələrində yığılmış 560 mindən çox avtomobili geri çağırıb.

Trend-in məlumatına görə, bu, avtomobillərin əyləc sistemindəki qüsurlara əlaqələndirilib.

Bildirilir ki, geri çağırılma 2013-2016-cı illərdə istehsal olunmuş təxminən 370 min "Mondeo” modeli və 2014-2017-ci illərdə buraxılan 200 min "Edge” modelinə şamil edilib.

Qeyd olunur ki, həmin avtomobillərin əyləc şlanqının materialları möhkəm deyil və bu, ekstremal şəraitdə təhlükə yarada bilər.

Şirkətdən bildirilib ki, fevralın 25-də başlayacaq geriçağırma prosesində bütün qüsurlu hissələr "Changan Ford” birgə müəssisəsinin hesabına dəyişdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti