...

“Aura” Sağlamlıq Mərkəzi endirimli qiymətlər təklif edir

Cəmiyyət Materials 9 Fevral 2018 20:25 (UTC +04:00)
“Aura” Sağlamlıq Mərkəzi 12-13-14 fevral tarixlərində sevgililər gününə həsr olunmuş xüsusi endirimlər keçirəcək.
“Aura”  Sağlamlıq Mərkəzi  endirimli qiymətlər təklif edir

Bakı. Trend:

“Aura” Sağlamlıq Mərkəzi 12-13-14 fevral tarixlərində sevgililər gününə həsr olunmuş xüsusi endirimlər keçirəcək.

Trend-in məlumatına görə, cütlüklər üçün “Aura” Sağlamlıq Mərkəzinə iki nəfərlik 1 aylıq qiymət 370 AZN, 3 aylıq 1140 AZN, 6 aylıq 1740 və 1 illik 3170 AZN təşkil edir.

“Aura” Sağlamlıq mərkəzi sağlamlığının və istirahətinin qədrini bilən hər kəs üçün ideal məkandır. Saat 06.00-dan axşam saat 22.00-a qədər fəaliyyət göstər “Aura” sağlamlıq mərkəzində idmanla məşğul olmaq üçün hər cür imkanlar yaradılıb. Mərkəzə gələnlərə dəsmallar, xalat, nəleyin və kosmetik vasitələr verilir. Mərkəzdə uzunluğu 25 metr, dərinliyi 1 metr 70 santimetr olan üzmə hovuzu və bütün növ əzələləri möhkəmləndirmək üçün geniş trenajor zalı var. 4 yaşadək uşaqlara giriş ödənişsizdir.

“Shuttle” xidməti göstərən “Mercedes” sprinter markalı mikroavtobus səhər saat 08.30-dan 22.00-a qədər otelə və eləcə də “Aura”ya gələn qonaqların xidmətindədir. Şənbə və bazar günləri də daxil olmaqla mikroavtobus hər gün səhər 08.30-dan başlayaraq hər saatın yarısında “Excelsior Hotel & Spa Baku” otelinin qarşısından qonaqları “Park Bulvar”a və ilk turu səhər 09.00-dan başlamaqla hər saatda “Park Bulvar”ın qarşısından “Excelsior Hotel & Spa Baku” otelinə aparır. Xidmət ödənişsizdir, otelin xidmətlərindən istifadə etmək istəyən qonaqların rahatlığı üçün nəzərdə tutulub.

Bir sözlə, “Excelsior Hotel Baku” otelinin “Aura” sağlamlıq mərkəzi sağlamlığının və istirahətinin qədrini bilən hər bir insan üçün olduqca ideal və rahat bir məkandır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti