...

“ASAN könüllüləri” Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçməyə başlayıb (FOTO)

Cəmiyyət Materials 16 Fevral 2018 11:25 (UTC +04:00)

Bakı. Trend:

“ASAN könüllüləri”nin növbəti 12-ci qrupu Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçməyə başlayıb.

İcra hakimiyyətindən Trend-ə verilən məlumata əsasən, fevralın 15-də “ASAN Könüllüləri Gənclər Təşkilatı”nın Master-2 layihəsi çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçməyə başlayan 12-ci qrupun üzvləri ilə görüş keçirilib.

Könüllü gənclər ilk Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binası, Heydər Əliyev adına istirahət parkı, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının inzibati binası ilə tanış oldular və onlara Rayonİcra Hakimiyyətinin, eləcə də 1646 – Telefon Xidmətinin fəaliyyəti ilə bağlı ətraflı məlumat verildi. Daha sonra könüllülər icra hakimiyyəti başçısının müavini Aygün Əliyeva ilə görüşərək öz istəklərinə əsasən peşə istiqamətlərinə uyğun olaraq müvafiq şöbələr üzrə bölüşdürülərək icra başçısı Aparatında iki aylıq iş təcrübəsinə başladılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti