...

Azərbaycanda tikintidə yol verilən əsas nöqsanlar açıqlandı

Cəmiyyət Materials 8 Mart 2018 17:45 (UTC +04:00)
Azərbaycanda aparılmış araşdırmalar nəticəsində şəhərsalma və tikinti qanunvericiliyinin pozulması faktları ilə bağlı 193 obyekt üzrə, o cümlədən Bakı şəhərində 83 tikinti obyekti üzrə icrası məcburi olan “Göstəriş”lər yazılaraq yerli icra hakimiyyəti orqanlarına təqdim olunub.
Azərbaycanda tikintidə yol verilən əsas nöqsanlar açıqlandı

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda aparılmış araşdırmalar nəticəsində şəhərsalma və tikinti qanunvericiliyinin pozulması faktları ilə bağlı 193 obyekt üzrə, o cümlədən Bakı şəhərində 83 tikinti obyekti üzrə icrası məcburi olan “Göstəriş”lər yazılaraq yerli icra hakimiyyəti orqanlarına təqdim olunub.

Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda deyilir.

Aparılan araşdırmalar zamanı ən çox rast gəlinən nöqsanlar kimi yeni obyektlərin yerləşdirilməsində tikinti layihələrinin ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğuna dair tələblərin pozulması, yəni tikinti əmsalı və tikinti sıxlığı əmsalının normadan artıq olması, parklanma, yaşıllıq, istirahət yerləri üçün ərazilərin şəhərsalma normalarına uyğun nəzərdə tutulmaması, planlaşdırılan əhali artımına uyğun sosial xidmət obyektlərinin düzgün nəzərə alınmaması və s. qeyd etmək olar.

Xəbər lenti

Xəbər lenti