...

Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası tibbi müayinələr aparıb (FOTO)

Cəmiyyət Materials 30 Mart 2018 19:17 (UTC +04:00)
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası bu gün İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında tibbi müayinələr aparıb.
Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası tibbi müayinələr aparıb (FOTO)

Bakı. Ilhamə Isabalayeva -Trend:

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası bu gün İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında tibbi müayinələr aparıb.

Mərkəzin Elmi təşkilati bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva Trend-ə bildirib ki, humanitar aksiyanın keçirilməsində məqsəd universitetin əməkdaşlarının səhhətləri ilə bağlı suallarını cavablandırmaq, problemlərin həll olunmasına kömək göstərmək, eyni zamanda göz xəstəlikləri ilə bağlı monitorinq aparmaq, əldə edilən nəticələri müzakirə etmək və yerindəcə həll etmək, lazım gələrsə klinikada onların əməliyyatlarını təşkil etməkdir.

Aksiya zamanı 236 nəfər tələbə və müəllim müayinədən keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti