Bakı. Trend:
Aprel ayının 20-də "AZERNEWS" onlayn qəzetinin növbəti nəşri çapdan çıxıb.
Trend-in məlumatına görə, oxucular qəzetin yeni buraxılışında “Rublun düşməsi Azərbaycan manatına təsir etməyəcək”, “2018-ci ildə ölkədə 15 aqro-park fəaliyyətə başlayacaq”, “Azərbaycan qazının Avropaya çatdırılma müddəti müəyyən edildi”, “Ağsu şəhərində aparılan qazıntılar qədim Albaniyanın sirlərini açır” haqqında və digər məqalələrlə tanış ola bilərlər.
"AZERNEWS" Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvüdür.
Onlayn qəzeti oxumaq üçün www.azernews.az ünvanına keçə bilərsiniz.