...

Bakıda EducationUSA “Alumni Fair” təhsil sərgisi keçirilib (FOTO)

Cəmiyyət Materials 22 Aprel 2018 14:52 (UTC +04:00)
21 aprel 2018-ci il tarixində ABŞ-ın Azərbaycandakı Səfirliyinin və Beynəlxalq Təhsil üzrə Amerika Şurasının dəstəyilə EducationUSA-in “Alumni Fair” adlı ABŞ-da təhsil sərgisi keçirilib.
Bakıda EducationUSA “Alumni Fair” təhsil sərgisi keçirilib (FOTO)

Bakı. Trend:

21 aprel 2018-ci il tarixində ABŞ-ın Azərbaycandakı Səfirliyinin və Beynəlxalq Təhsil üzrə Amerika Şurasının dəstəyilə EducationUSA-in “Alumni Fair” adlı ABŞ-da təhsil sərgisi keçirilib.

Sərgi xaricdə təhsillə maraqlananlar üçün ABŞ universitetlərində təhsil alma imkanları haqqında məlumat əldə etmək üçün əla fürsət idi. Burada tələbələr, şagirdlər və eləcə də valideynlər Birləşmiş Ştatlarda yerləşən universitetlərin məzunu olan azərbaycanlı və əcnəbi məzunlarla görüşüb, onları maraqlandıran suallarla məzunlara müraciət edə biliblər.

Sərgidə 17-dən çox ABŞ universiteti və müxtəlif təqaüd proqramları təmsil olunub. ABŞ universitetlərinin azərbaycanlı və amerikalı məzunları öz universitetlərini təmsil edərək maraqlanan sərgi iştirakçıları ilə danışıb, onları məlumat və bukletlərlə təmin edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti