...

Mariana Vasileva: Bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi dinamik olacaq

Cəmiyyət Materials 25 Aprel 2018 18:37 (UTC +04:00)
Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi dinamik və maraqlı olmağı vəd edir
Mariana Vasileva: Bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi dinamik olacaq

Bakı. Ənvər Məmmədov - Trend:

Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi dinamik və maraqlı olacaq.

Bunu Trend-ə mərasimin quruluşçusu, bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva deyib.

Baş məşqçinin sözlərinə görə, mərasimin əsas mövzusu dörd ünsürün qarşılıqlı fəaliyyətinə həsr olunacaq:

“Adəti üzrə, mərasimdə bütün gimnastika növlərini təmsil edən idmançılar, eləcə də xoreoqraflarmız iştirak edəcək. Açılışın əsas mövzusu dörd ünsürün – od, torpaq, hava və suyun qarşılıqlı fəaliyyətidir. Mövzu çox ciddidir, biz göstərmək istəyirik ki, planetimiz bu dörd ünüsürün əlaqəsi nəticəsində mövcuddur. Onlar təkcə Yerin deyil, həm də idmanın hərəkətverici qüvvəsidir”.

M.Vasileva əlavə edib ki, Dünya Kubokunun açılışına hazırlıq bu il çox çətin keçib:

“Bu il bizim sıx cədvəlimiz var idi, ona görə də açılışa hazırlıq çətin keçdi. Əvvəlcə idman gimnastikası üzrə Dünya Kuboku, sonra batut gimnastikası üzrə Avropa çempionatı və daha sonra “AGF Junior Trophy” baş tutdu. Hazırlıq ağır oldu, amma fikrimcə, açılış mərasimini hər kəs bəyənəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti