...

Prokurorluq əməkdaşları ağacəkmə kampaniyası keçiriblər (FOTO)

Cəmiyyət Materials 5 May 2018 15:07 (UTC +04:00)
Baş Prokurorluğun, Bakı şəhər və paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşları ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə ağacəkmə kampaniyası keçirib.
Prokurorluq əməkdaşları ağacəkmə kampaniyası keçiriblər (FOTO)

Bakı. Trend:

Baş Prokurorluğun, Bakı şəhər və paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşları ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə ağacəkmə kampaniyası keçirib.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, son illər respublikamızda yaşıllıqların artırılması, yeni park və xiyabanların salınmasına diqqət artırılıb. Yaradılan parklar və yaşıllıqlar sakinlərdə xoş əhval- ruhiyyə yaradır. Əkilən agaclar insanların sağlamlığına müsbət təsir göstərməklə yanaşı, paytaxtın ümumi mənzərəsinə yeni çalarlar əlavə edir. Əsas məqsəd paytaxtın ekoloji cəhətdən sağlamlaşdırılmasına töhfə verməkdir.

Ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrlərdə ictimai həyatın bütün sahələri ilə yanaşı, ekoloji mühitin mühafizəsinə, yeni yaşıllıq sahələrinin salınmasına xüsusi diqqət yetirib. Azərbaycan Respublikası Prokurorlugu orqanlarının əməkdaşları da bu xeyirxah və nəcib tədbirdə həmişə yüksək əhval-ruhiyyə ilə iştirak ediblər. Ulu öndər tərəfindən əsası qoyulmuş ekoloji siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ölkə başçısının ekoloji mühitin, xüsusilə yaşıllıqların mühafizəsi ilə bağlı tapşırıq və tövsiyələrinə, həmçinin Baş Prokurorluqda yaranmış ənənəyə uyğun olaraq prokurorluq orqanlarının əməkdaşları ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illilyi münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaxından dəstəyi ilə növbəti ağacəkmə kampaniyası keçirib.

Tədbir çərçivəsində paytaxtın Suraxanı rayonu ərazisində Hövsan qəsəbəsinin yaxınlıgında 2 hektar ərazidə mindən artıq zeytun və Eldar şamı ağacları əkilib. Abşeron yarımadasının iqliminə uyğun olaraq əkilən agacların küləkdən qorunması üçün dirəklər basdırılıb və onların inkişafı üçün münbit torpaq və mineral gübrələrdən istifadə olunub. Həmçinin, əkilən ağacların mühafizəsi və mütəmadi olaraq onlara qulluq göstərilməsi məqsədilə bütün zəruri tədbirlər görülüb.

Aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti