...

Heydər Əliyevin 95 illiyi münasibətilə ƏƏSMN əməkdaşları arasında keçirilən idman yarışları yekunlaşıb (FOTO)

Cəmiyyət Materials 5 May 2018 17:13 (UTC +04:00)
Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları arasında keçirilən idman yarışları yekunlaşıb
Heydər Əliyevin 95 illiyi münasibətilə ƏƏSMN əməkdaşları arasında keçirilən idman yarışları yekunlaşıb (FOTO)

Bakı. Trend:

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) struktur bölmələrinin əməkdaşları arasında təşkil olunan mini futbol və şahmat yarışları yekunlaşıb.

ƏƏSMN-dən Trend-ə verilən məlumata görə, mini-futbol turnirinin qalib komandaları arasında keçirilən final yarışını əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və nazirliyin digər rəhbər şəxsləri də izləyib.

Qalib komandanın üzvlərinə kubok və medalların təqdim olunması tədbirində S.Babayev ümummilli lider Heydər Əliyevin ötən əsrin 70-80-ci illərində respublikamızın bütün sahələrdə inkişaf etdirilməsi və 1993-cü ilin iyun ayında xalqın iradəsi ilə yenidən respublika rəhbərliyinə qayıtdıqdan sonra müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi üçün göstərdiyi misilsiz xidmətlərdən bəhs edib.

Nazir ulu öndərimizin, eyni zamanda, Azərbaycanın hər bir vətəndaşın rifahına təminat yaradan sosial dövlət kimi formalaşması və inkişafı, müstəqil ölkəmizdə etibarlı sosial müdafiə sisteminin yaradılması üçün məqsədyönlü addımların atılmasını təmin etdiyini diqqətə çatdırıb.

S.Babayev ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasi kursuna əsaslanan müasir müstəqil Azərbaycan dövlətinin inkişafı strategiyasının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə həyata keçirildiyini, bunun nəticəsi kimi, dövlətimizin hər bir azərbaycanlıda qürur doğuran tarixi uğurlara, qələbələrə, habelə sosial sahədə mühüm irəliləyişlərə nail olduğunu vurğulayıb. O bildirib ki, ötən ay ölkəmizdə azad və ədalətli, tam şəffaf və demokratik şəraitdə keçirilən prezident seçkilərinin Azərbaycan Prezidenti İlham Əliyevin möhtəşəm qələbəsi ilə başa çatması da xalqımızın müdrik seçiminin ifadəsi olmaqla, ölkəmizin uğurlu gələcəyinə əsaslı təminat yaradıb.

Nazir ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə ƏƏSMN-nin əməkdaşları arasında idman yarışlarının təşkil olunmasının gənclər arasında sağlam həyat tərzinin təbliğinə, idmanın kütləvi xarakter almasına dəstək məqsədinə yönəldiyini diqqətə çatdırıb.

Daha sonra S.Babayev qalib komandanın üzvlərinə kubok və medalları təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti