...

Şəki-Zaqatala regionunda iaşə obyektlərində xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə təlim keçirilib (FOTO)

Cəmiyyət Materials 7 May 2018 18:34 (UTC +04:00)
Şəki-Zaqatala regionunda iaşə obyektlərində xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə təlim keçirilib
Şəki-Zaqatala regionunda iaşə obyektlərində xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə təlim keçirilib (FOTO)

Bakı. Trend:

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) ictimai iaşə obyektlərində xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə Şəki şəhərində təlim təşkil edib.

Fonddan Trend-ə verilən məlumata görə, "Restoranlarda xidmət keyfiyyətinin artırılması" mövzusundakı təlimdə Zaqatala, Balakən, Qax, Oğuz və Qəbələ rayonları üzrə 30-dan çox restoran inzibatçısı iştirak edib.

RİİB bölgələrdən daxil olan müraciətlər əsasında turizmin inkişafına, o cümlədən iaşə obyetlərində xidmət səviyyəsinin yüksəldilməsinə, bu sahədə peşəkar kadr hazırlığına dəstək məqsədi ilə nəzəri və praktik təlimlər həyata keçirir.

İnzibatçı və digər xidmət personalının bilik və təcrübələrinin artırılması baxımından keçirilən təlimlərdə iştirakçılara restoranlarda xidmətin təşkili, qida, gigiyena və sanitariya qaydaları, xidmət standartları və etiketləri, müştərilərlə davranış və digər məsələlər barədə ətraflı məlumat verilir.

Şəki şəhərində təşkil olunan budəfəki layihəni Böyük Britaniya, Tailand, Qətər, Rusiya Federasiyası və digər ölkələrdə treninqlərdə iştirak etmiş beynəlxalq sertikatlı təlimçi Emin Novruzov aparıb.

İkigünlük təlimdə ictimai iaşə obyektlərinin inzibatçıları qazandıqları bilikləri eyni zamanda əyani nümayiş etdiriblər.

Təlim ardıcıl olaraq digər turizm bölgələrində də təşkil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti