...

Binəqədidə Cümhuriyyətin yaranmasının 100-cü ildönümü ilə bağlı iməcilik keçirilib (FOTO)

Cəmiyyət Materials 21 May 2018 10:16 (UTC +04:00)
Binəqədidə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr edilmiş ümumrayon iməciliyi keçirilib.
Binəqədidə Cümhuriyyətin yaranmasının 100-cü ildönümü ilə bağlı iməcilik keçirilib (FOTO)

Bakı. Trend:

Mayın 19-da Binəqədi Rayon İcra Hakimiyyəti, IDEA İctimai Birliyi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Binəqədi rayonu Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr edilmiş ümumrayon iməciliyi keçirilib.

Binəqədi Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, RİH başçısının aparatı, IDEA İctimai Birliyinin rəhbər heyəti və könüllüləri, rayon ictimaiyyəti, YAP Binəqədi rayon təşkilatının fəal gəncləri, Binəqədi rayonu Gənclər və İdman idarəsinin könüllüləri, ASAN könüllülərin iştirakı ilə həyata keçirilən iməcilik zamanı 1000-ə qədər eldar şamı, küknar və tuya dekorativ ağacları, o cümlədən gül kollarının əkilib.

Vətənpərvərlik mahnıları sədaları altında keçirilən iməciliyin sonunda iştirakçılar üçün çay süfrəsi verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti