...

Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə Bakı Metropolitenindən AKSİYA (FOTO/VİDEO)

Cəmiyyət Materials 31 May 2018 10:33
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə Bakı Metropoliteni istifadəçilərini maraqlı sürpriz gözləyir.
Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə Bakı Metropolitenindən AKSİYA (FOTO/VİDEO)

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə Bakı Metropoliteni istifadəçilərini maraqlı sürpriz gözləyir.

Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə bildirib ki, "3 Alma"nın təşəbbüsü və Bakı Metropoliteninin dəstəyi ilə 1-3 iyun tarixində hamının diqqəti gələcəyimiz olan uşaqlara yönələcək:

"İyunun ilk üç günü ərzində metropolitenin bütün stansiyalarında, vaqonlarda və eskalatorlarda səsləndirilən elanları balaca oğlan və qızların dilindən eşidəcəyik.
Elanların həm Azərbaycan, həm də ingilis dilində səsləndirilməsi nəzərdə tutulur. Bakı Metropoliteni tarixində ilk dəfə gerçəkləşən bu layihədə Avropa Azərbaycan məktəbinin I-III siniflərində təhsil alan 30-dan çox şagirdlə yanaşı, 2 nəfər məktəbəqədər uşaq da iştirak edib. İştirakçılar arasında Azərbaycan vətəndaşları və əcnəbilər var. Metropoliten sərnişinləri səsləndirmə zamanı balacaların nə qədər həyəcan keçirdiyini və əyləndiyini elanları dinləyərkən hiss edəcəklər. Uşaqların böyük həvəs və zövqlə iştirak etdiyi bu layihənin əsas məqsədi cəmiyyətin diqqətini balacalara yönəltmək, eyni zamanda, onlarda özünə inam və məsuliyyət hissi aşılamaq, bizim üçün nə qədər dəyərli olduqlarını bir daha hiss etdirməkdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti