...

BNA məhkumluğu olan sürücülərin işə götürülməsinə münasibət açıqladı

Cəmiyyət Materials 11 İyun 2018 13:21 (UTC +04:00)
Üzərində məhkumluğu olan şəxslərin sürücülüyə qəbul edilməməsi barədə fikirlər düzgün deyil.
BNA məhkumluğu olan sürücülərin işə götürülməsinə münasibət açıqladı

Bakı. Samir Əli - Trend:

Üzərində məhkumluğu olan şəxslərin sürücülüyə qəbul edilməməsi barədə fikirlər düzgün deyil.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xiddmətinin rəhbəri Mais Ağayev bildirib.

Qurum rəsmisi deyib ki, bu cür şəxslər cəmiyyətə inteqrasiya olunmalıdır: "Dövlətin də bu barədə xüsusi siyasəti var. Məhkumluğu olan şəxsin sürücü kimi fəaliyyət göstərməsinə məhdudiyyət yoxdur. Sadəcə bu məsələyə xüsusi yanaşmalar olmalıdır ki, həmin şəxslərin törətdiyi cinayətə baxılmalı, araşdırılmalıdır. Əgər sürücü təkrar cinayət törədibsə, içkili vəziyyətdə avtomobil idarə edərkən qəza törədibsə və bu hadisə çoxsaylı insanların xəsarət almasına səbəb olubsa, həmin sürücünün 3-cü dəfə avtobus idarə etməsi mümkün deyil".

M.Ağayevin sözlərinə görə, həmin şəxs sürücü kimi deyil, istehsalat bazasında başqa bir işlə məşğul ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti