...

20 yanvar - Xırdalan istiqamətində tıxacın son günü - SABAH təmir başa çatır (ÖZƏL)

Cəmiyyət Materials 2 İyul 2018 13:21 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 6-11-ci kilometrliyində asfaltlanma işləri başa çatmaq üzrədir.

Bu barədə Trend-ə özəl açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Qurum sözçüsü bildirib ki, ərazidə asfaltlanma işləri iyulun 3-də tam başa çatacaq: "Bundan sonra təxminən bir gün də, yəni iyulun 4-də rənglənmə işləri aparılacaq və texnikalar ərazidən çıxarılacaq. Yol həmin gündən tam olaraq sürücülərin istifadəsinə veriləcək".

A. Nəcəfli bildirib ki, yolun əks istiqamətində təmir işlərinə isə hələlik başlanmayacaq.

Xatırlayaq ki, iyunun 27-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Quba-Rusiya avtomobil yolunun 6-cı kilometrliyindən 11-ci kilomtrliyinə qədər olan məsafənin asfalt örtüyünün dəyişdirilməsinə başlamışdı. Görülən işlərlə əlaqədar ərazidə avtomobillərin hərəkətinin hissə-hissə məhdudlaşdırılması ərazidə tıxaclara səbəb olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti