...

“Azərenerji”: Elektrik enerjisinin verilişi tam olaraq yaxın saatlarda bərpa olunacaq

Cəmiyyət Materials 3 İyul 2018 02:17 (UTC +04:00)
Azərbaycanda elektrik enerjisinin verilişi tam olaraq yaxın saatlarda bərpa olunacaq.
“Azərenerji”: Elektrik enerjisinin verilişi tam olaraq yaxın saatlarda bərpa olunacaq

Bakı. Trend:

Azərbaycanda elektrik enerjisinin verilişi tam olaraq yaxın saatlarda bərpa olunacaq.

Bu barədə Trend-ə “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı məlumat verib.

Y.Babayev bildirib: “Hal-hazırda bir neçə qərb rayonlarında elektrik enerjisinin verilməsi bərpa olunub”. Onun sözlərinə görə, elektrik enerjisinin verilməsi həmçinin Bakının bəzi rayonlarında da bərpa olunub.

Mətbuat xidmətinin rəisi qeyd edib ki, elektrik enerjisinin bərpa olunması mərhələli şəkildə aparılır: “İlk növbədə elektrik enerjisi strateji cəhətdən mühüm obyektlər və müəssisələrə verilir”.

Hadisənin səbəbinə gəlincə isə, Y.Babanlı deyib ki, Mingəçevir elektrik stansiyasında yanğın baş verib: “Yanğının səbəbi son günlərdə müşahidə olunan anomal istilər olub. Bu səbəbdən enerji bloklarının soyutma sistemlərində artıq yüklənmə baş verib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti