...

Lənkəranda 300-dən çox evdə çatların yaranması barədə müraciət daxil olub

Cəmiyyət Materials 30 Avqust 2018 16:37 (UTC +04:00)
Lənkəranda 300-dən çox evdə çatların yaranması barədə müraciət daxil olub.
Lənkəranda 300-dən çox evdə çatların yaranması barədə müraciət daxil olub

Bakı. Samir Əli - Trend:

Cənub bölgəsində baş vermiş zəlzələ nəticəsində zərər çəkən evlərlə bağlı Lənkəran şəhər İcra Hakimiyyətinə 300-dən artıq müraciət daxil olub.

Bu barədə Trend-ə açıqlamasında Lənkəran şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini, rayon Fövqəladə hallar komissiyasının sədri Möhübbət Babayev deyib.

M.Babayev bildirib ki, hazırda komissiya üzvləri Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə çatlar yaranan evlərə baxış keçirir:

"Hazırda müraciətlər əsasında araşdırmalar davam etdirilir, ev və obyektlərdəki çatların təhlükəli olub-olmadığı müəyyənləşdirilir. Müraciətlər, əsasən, Lerik rayonu ilə sərhəd kəndlərdəndir".

Xatırladaq ki, dünən Lənkəran şəhər İcra Hakimiyyətinə rayon ərazisindəki cəmi 80 evdə çatların yaranması barədə məlumat daxil olmuşdu.

Qeyd edək ki, avqustun 28-i saat 16:58-də Lənkəran stansiyasından 13 km qərbdə zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda isə 4-3 bala qədər hiss olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti