...

Muxtar Vəlizadə – memarlıq, dizayn və inşaat sahəsində inqilab etdi (FOTO, VİDEO)

Cəmiyyət Materials 16 Sentyabr 2018 10:00 (UTC +04:00)
Tanınmış memar-dizayner Muxtar Vəlizadə memarlıq, dizayn və inşaat sahəsində VR PROJECT layihəsini təqdim etməklə bir ilkə imza atdı.
Muxtar Vəlizadə – memarlıq, dizayn və inşaat sahəsində inqilab etdi (FOTO, VİDEO)

Bakı. Trend:

Tanınmış memar-dizayner Muxtar Vəlizadə memarlıq, dizayn və inşaat sahəsində VR PROJECT layihəsini təqdim etməklə bir ilkə imza atdı.

Belə ki, tanınmış memar-dizayner ölkəyə ilk dəfə Avropanın ən müasir VR və AR texnologiyalarını gətirib. Layihə böyük marağa səbəb olub.

Avropa təcrübəsini Azərbaycana gətirməklə, Muxtar Vəlizadə müştərilərə tikinti işləri aparmadan öncə onlara ev, restoran, otel, idman və əyləncə mərkəzləri, eləcə də digər obyektləri görmək imkanı yaradır. Bir eynək taxmaqla arzulanan tam hazır və təmirdən sonrakı vəziyyətdə obyektdə real gəzinti etmək mümkündür.

Beləliklə, Muxtar Vəlizadənin VR PROJECT layihəsi inşası nəzərdə tutulan istənilən məkanı tam hazır vəziyyətdə göstərmək oranı canlı yaşamaq imkanına malikdir.

VR PROJECT ölkədə ən qabaqcıl şirkətlərlə əməkdaşlıq edir. Layihənin rəsmi tərəfdaşları sırasında “Razenni Mebel”, “Natura İnşaat”, eləcə də digər tanınmış və öz sözünü demiş şirkətlər var.

VR PROJECT layihəsinin müəllifi Muxtar Vəlizadə üçün əsas məqamlardan biri də bu innovasiyanın qiymət siyasətinin hər bir vətəndaşın büdcəsinə uyğun olmasıdır.

Daha ətraflı məlumatı www.vrproject.az saytından əldə edə bilərsiniz.

VR PROJECT

Layihənin rəhbəri – Muxtar Vəlizadə

Əlaqə nömrəsi: +99450 200 51 21

https://www.youtube.com/watch?v=xeVUYUsRGUU

Xəbər lenti

Xəbər lenti