...

Astarada çəltik sahələrini "qara yel" vurub, məhsuldarlıq 200 ton az olub

Cəmiyyət Materials 7 Noyabr 2018 20:00 (UTC +04:00)
Bu il Azərbaycanda düyü istehsalı az olub.
Astarada çəltik sahələrini "qara yel" vurub, məhsuldarlıq 200 ton az olub

Bakı. Samir Əli - Trend:

Bu il Azərbaycanda düyü istehsalı az olub.

Bu barədə Trend-ə açıqlamasında Astara rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Malıyev deyib.

Qurum rəsmisi bildirib ki, bu il Astarada əkilən çəltik sahələrini "qara yel" vurub:

"Ötən il Astarada 448 min hektar sahədə düyü əkilib. Nəticədə 1802 ton düyü istehsal olunub. Bu il isə 450 min hektar çəltik sahəsi əkilməsinə baxmayaraq, həmin sahədən cəmi 1660 ton düyü istehsal olunub. Bu il məhsuldarlığın az olmasına səbəb havaların quraqlıq keçməsi və çəltik sahələrini "qara yel" vurmasıdır. Ona görə də, bu il ötən ilə nisbətən 200 ton az məhsul əldə edilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti