...

Azərbaycanda qoruqların sərhədləri müəyyən ediləcək

Cəmiyyət Materials 2 Dekabr 2018 20:42 (UTC +04:00)
Azərbaycanda qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestri layihəsi hazırlanacaq.
Azərbaycanda qoruqların sərhədləri müəyyən ediləcək

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestri layihəsi hazırlanacaq.

Trend-in məlumatına görə, bu, Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin zərfində öz əksini tapıb.

Sənədə əsasən, bu məsələ 2019-2022-ci illər üzrə qaçqınlar və məcburi köçkünlər üzrə dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib.

Digər prioritetlər qoruqların ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin pasportlaşdırılması, müasir tələblərə cavab verən məlumat bazasının yaradılması olacaq.

Bununla yanaşı, tarix və mədəniyyət qoruqlarının sərhədlərinin müəyyən edilməsi və xəritələrinin hazırlanması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti