...

Gecə saatlarında gözlənilən hava şəraiti açıqlanıb

Cəmiyyət Materials 13 Noyabr 2018 19:00 (UTC +04:00)

Bakı. Trend:

Bu gün gecə saatlarında gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu 7-9 dərəcə isti təşkil edəcək.

Rayonlarda arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu 5-9 dərəcə isti, dağlarda 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti