...

Bu il Bakıda yeni tikilən iki avtomobil yolu istifadəyə veriləcək

Cəmiyyət Materials 16 Noyabr 2018 17:18 (UTC +04:00)
Bu il Bakıda yeni tikilən iki avtomobil yolu istifadəyə veriləcək.
Bu il Bakıda yeni tikilən iki avtomobil yolu istifadəyə veriləcək

Bakı. Samir Əli - Trend:

Bu il Bakıda yeni tikilən iki avtomobil yolu istifadəyə veriləcək.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

S.Məmmədovun sözlərinə görə, hazırda Bakının Yasamal rayonunda "Qanlı göl" adlanan ərazidə inşa olunan sosial evlərdən Bakı Dairəvi Yolu ilə Şərifzadə küçəsini birləşdirəcək yol yekunlaşmaq üzrədir: "Bununla yanaşı, həmçinin paytaxtın Ziya Bünyadov prospektini Böyük Şor gölü ərazisindən keçməklə Balaxanı-Novxanı avtomobil yolu ilə birləşdirən avtomobil yolunun tikintisi başa çatır. Bu il hər iki yol qovşağı istifadəyə veriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti