...

Azərbaycan 2019-cu ildə yeni bazarlara fındıq ixrac edəcək (ÖZƏL)

Cəmiyyət Materials 10 Dekabr 2018 16:37 (UTC +04:00)
Gələn il Zaqatala fındıq emalı fabriki İsveçrə bazarına məhsul ixrac etməyi planlaşdırır
Azərbaycan 2019-cu ildə yeni bazarlara fındıq ixrac edəcək (ÖZƏL)

Bakı. Mətanət Nəsibova - Trend:

Gələn il Zaqatala fındıq emalı fabriki İsveçrə bazarına məhsul ixrac etməyi planlaşdırır.

Bu barədə Trend-ə müəssisədən məlumat verilib.

Məlumata əsasən, hazırda fabrikin məhsulları İtaliya və Rusiyaya ixrac olunur:

“Hazırda fındıq ixracı ildə 1,5 min ton hazır məhsul təşkil edir, gələcəkdə bu göstərici 2,8-3 min tonadək artırıla bilər”.

Bundan başqa, o da qeyd olunub ki, bu il müəssisə italiyalı tərəfdaşları ilə əməkdaşlıq qurub və gələcəkdə bu ölkəyə məhsul ixrac etməyi planlaşdırır.

Qeyd edək ki, fındıq emalı fabriki keçmiş Standartlaşdırma, Metrologiya və Patentlər üzrə Dövlət Komitəsi verilmiş uyğunluq sertifikatına malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti