...

Coğrafiya İnstitutunun direktoru bu gün xəstəxanadan evə buraxılacaq

Cəmiyyət Materials 27 Dekabr 2018 10:47 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Bir necə gün əvvəl vəziyyəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilən Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov bu gün xəstəxanadan evə buraxılacaq.

Bu barədə Trend-ə Coğrafiya İnstitutunun direktor müavini Məhərrəm Həsənov məlumat verib.

Onun sözlərinə görə, vəziyyəti artıq yaxşılaşan akademikin Yeni ildən sonra işə çıxacağı gözlənilir:

"Damarlarında yaranan tromblaşmaya görə xəstəxanaya yerləşdirilən R.Məmmədovun vəziyyəti intensiv müalicə sayəsində yaxşılaşıb. O, xəstə olsa belə, instituta rəhbərliyini davam etdirib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti