...

İlahiyyat İnstitutunda valideynlər imtahan prosesini izləyiblər (FOTO)

Cəmiyyət Materials 25 Yanvar 2019 13:47 (UTC +04:00)
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 2018-2019-cu tədris ilinin qış imtahan sessiyasının payız semestri davam edir.
İlahiyyat İnstitutunda valideynlər imtahan prosesini izləyiblər (FOTO)

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 2018-2019-cu tədris ilinin qış imtahan sessiyasının payız semestri davam edir. Bu məqsədlə 25 yanvar 2019-cu il tarixdə İnstitutda təhsil alan tələbələrin valideynləri və İctimai Şuranın üzvləri imtahan prosesinin gedişatını izləyiblər.

Aİİ-dən Trend-ə verilən məlumata görə, rektor Ceyhun Məmmədov valideynlərlə görüşündə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkəmizdə təhsilə, mədəniyyətə, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət ayrıldığını qeyd edib. Aİİ rektoru gənc nəslin sağlam ruhda yetişməsi, yüksək dünya standartlarına uyğun təhsillə təmin olunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu, Birinci vitse-prezident, xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu sahəyə xüsusi qayğı göstərdiyini vurğulayıb.

İnstitut rəhbəri Ceyhun Məmmədov diqqətə çatdırıb ki, imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, şikayətlərin qısa müddətdə araşdırılıb, müvafiq qərarların qəbul edilməsi üçün operativ qərargah və apelyasiya komissiyası yaradılıb. Həmçinin sessiyanın normativ sənədlərə uyğun və qərəzsiz keçirildiyi, imtahan prosesində yarana biləcək hər hansı problem ilə bağlı tələbənin birbaşa rektora müraciət edə bilməsi üçün lazımi şəraitin yaradıldığı vurğulanıb.

C.Məmmədov imtahan sessiyası ərəfəsində görülən işlər, imtahanlara hazırlıq işləri barədə də məlumat verib. O, tələbələrlə görüşlər keçirdiyini, onlara tövsiyələr verdiyini, imtahanlarda biliyin yeganə meyar olduğunu diqqətə çatdırıb: “Tələbələrə övladlarımız kimi yanaşırıq. Hər hansı çətinlikləri olduğu zaman, çəkinmədən müəllimlərinin və mənim yanıma gələ bilərlər. Bizim hər birimizin qapısı onların üzünə açıqdır”.

O, imtahanlara hazırlıq üçün İnstitutda hər cür lazımi şəraitin yaradıldığını qeyd edib. C.Məmmədov imtahanların bir qayda olaraq yazılı, zərurət yarandığı hallarda isə şifahi və test formasında keçirildiyini də qeyd edib.

Sonra qonaqlar imtahanların gedişini izləyiblər. Müşahidəçilər imtahanların yüksək səviyyədə təşkil olunduğunu, lazımi şəraitin yaradıldığını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti