...

Firudin Qurbanov Tacikistan səfiri ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 28 Yanvar 2019 14:14 (UTC +04:00)
Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyev ilə görüşüb.
Firudin Qurbanov Tacikistan səfiri ilə görüşüb (FOTO)

Bakı. Trend:

Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyev ilə görüşüb.

Universitetdən Trend-ə verilən məlumata görə, F.Qurbanov ölkələrimiz arasında mövcud olan dostluq, qardaşlıq əlaqələrinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında müxtəlif sahələrdə, o cümlədən elm və təhsil sahəsində inkişaf etdiyini bildirib.

F.Qurbanov son illər təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən işlər, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib. O, çıxışında qeyd edib ki, Dövlət Strategiyasında təhsilin keyfiyyətinin yaxşılaşdırılması, təhsili idarəetmə sisteminin yenidən qurulması, kadr hazırlığının gücləndirilməsi, müəllim peşəsinin nüfuzunun artırılması, müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması, müasir təfəkkürlü Azərbaycan vətəndaşının yetişdirilməsi əsas hədəflər kimi götürülür.

Strategiyanın reallaşdırılması təhsilin məzmununun mənimsənilməsini təmin edən səriştəli təhsilverənlərin formalaşdırılmasına, təhsildə nəticələrə görə cavabdeh, şəffaf, səmərəli tənzimləmə və idarəetmə mexanizmlərinin, müasir tələblərə uyğun və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun formalaşdırılmasına zəmin yaradacaqdır.

Son 10 ildə Azərbaycan təhsilində ciddi islahatların aparılmasına, təhsilin keyfiyyətinin yüksəlməsi naminə görülən işlərə diqqən çəkən F.Qurbanov, eyni zamanda, bu il 100 illiyini qeyd edəcək Bakı Dövlət Universtetinin innovasiya, yaradıcılıq, akademik tədqiqata böyük töhfələr verən, yüksəkixtisaslı kadrlar hazırlayan müasir elm və təhsil mərkəzi olduğunu bildirib. F.Qurbanov Bakı Dövlət Universitetinin 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamı qeyd edərək yubiley tədbirlərinin YUNESKO, İSESKO və digər beynəlxalq təşkilatlar tərəfindən keçirilməsi haqqında qərarların qəbul olunduğunu da bildirib.

Tacikistanın Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyev göstərilən diqqətə görə Firudin Qurbanova dərin minnətdarlığını bildirib və ölkələr arasında qardaşlıq münasibətlərinin inkişafından danışıb.

Tacikistan Respublikasında aparılan islahatlar və yeniliklər haqqında məlumat verən səfir Rustam Soliyev Azərbaycan ali təhsil ocaqlarında təhsil alan tacikistanlı tələbələr barədə danışaraq növbəti tədris ili üçün bu tələbələrin sayının artırılacağına ümidvar olduğunu bildirib.

Bakı Dövlət Universitetinin tələbələri ilə görüşmək istəyini bildirən səfir gələcəkdə BDU-da Tacikistan Respublikası güşəsinin yaradılmasını təklif edib.

Səfir Rustam Soliyev 2012-ci ildə Tacikistan Dövlət Universiteti ilə Bakı Dövlət Universiteti arasında imzalanmış müqaviləni xatırladaraq, bu istiqamətdə işlərin davamını, müqavilələrin yenilənməsi və birgə lahiyələrin hazırlanmasını vurğulayıb. Ölkələrimiz və ali təhsil müəssələrimiz arasında ikitərəfli münasibətləri yuksək qiymətləndirən səfir təhsil sahəsində, o cümlədən BDU ilə Tacikistanın universitetləri arasında əlaqələrinin genişləndirilməsi istiqamətində birgə fəaliyyətin gücləndirilməsinə əmin olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti