Şəki ipəyindən hazırlanan məhsulların Avropa bazarlarına çıxarılması üçün iş aparılır

Şəki ipəyindən hazırlanan məhsulların Avropa bazarlarına çıxarılması üçün iş aparılır

Bakı. Elçin Mehdiyev - Trend:

Şəki ipəyindən hazırlanan məhsulların Avropa bazarlarına çıxarılması üçün iş aparılır.

Trend-in məlumatına görə, bunu Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Prezident İlham Əliyevin iştirakı ilə keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunları üzrə konfransda çıxışı zamanı deyib.

E.Usubov qeyd edib ki, nəzərdə tutulan tədbirlərin uğurlu icrası nəticəsində Şəki şəhərinin də davamlı inkişafı təmin edilib, insanların rahat yaşaması, rayonun aqrar və turizm potensialından daha səmərəli istifadə olunması üçün mühüm işlər görülüb: “Bu illər ərzində 41 məktəb, 18 uşaq bağçası, 6 səhiyyə və 11 mədəniyyət müəssisəsi tikilib və ya əsaslı təmir olunub, Şəki şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması davam edib, yaşayış məntəqələrinin 86 faizi qazlaşdırılıb, yüksək keyfiyyətli yollar çəkilib, ən müasir tələblərə cavab verən mehmanxanalar, istirahət mərkəzləri və kompleksləri inşa edilib, son 5 ildə 14 minə yaxın yeni iş yeri açılıb. Əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyətinin yüksəlməsində əvəzedilməz layihəniz olan “ASAN həyat” mərkəzinin açılması isə sakinlərimiz üçün ən böyük hədiyyə olub”.

İcra başçısı bildirib ki, hər il Şəkidə keçirilən “İpək Yolu” Beynəlxalq Musiqi Festivalında dünya musiqi sənətinin parlaq incilərindən ibarət müxtəlif konsert proqramları bizə həmişə xoş bayram ovqatı bəxş edir. Bu möhtəşəm musiqi bayramının iştirakçıları, şəhərin qonaqları, musiqisevərlər etiraf edirlər ki, Şəki beynəlxalq festivalların, tədbirlərin keçirilməsi üçün ideal məkandır. Festival günlərində təşkil olunmuş konsert proqramları şəhər sakinlərinin dünyagörüşünün, həyat tərzinin və musiqi mədəniyyətinin zənginləşməsinə mühüm təsir göstərir. Şəkidə mütəmadi olaraq keçirilən beynəlxalq festivallar şəhərin turizm potensialının genişləndirilməsində və regionun beynəlxalq səviyyədə tanınmasında mühüm rol oynayır. Nəticədə Şəki turistlər üçün daha da cəlbedici məkana çevrilib, son beş ildə rayona gələn turistlərin sayı yeddi dəfədən çox artaraq 200 min nəfərə çatıb:

“Sizin dəstəyiniz və təşəbbüsünüz nəticəsində şəhərimizin beynəlxalq səviyyədə də tanıdılması istiqamətində mühüm işlər görülür. Belə ki, Şəkinin xalq tətbiqi sənəti hər il Fransanın Kolmar şəhərində keçirilən Milad bazarında nümayiş olunur. 2008-ci ildən Dünya Tarixi Şəhərlər Liqasının üzvü olan Şəki şəhəri 2016-cı ildə TÜRKSOY-un mədəniyyət paytaxtı elan edilib, 2017-ci ildə isə UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil olunub. Hazırda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Şərq memarlığının nadir incisi hesab olunan “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESCO-nun Ümumdünya İrs Komitəsinin siyahısına daxil edilməsi üçün iş aparılır”.

O, Şəkinin həm də tarixən ipəkçilik diyarı kimi tanındığını vurğulayıb: “Sizin “Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığınız Sərəncam respublikamızda ipəkçiliyin müasir infrastrukturunun yaradılması istiqamətində atılan mühüm addımdır. Məhz Sizin təşəbbüsünüzlə həyata keçirilən operativ tədbirlər nəticəsində bu sahədə ciddi dönüş yaranıb, “Azər İpək” MMC öz fəaliyyətini bərpa edib, ötən il 514 ton yaş barama tədarük olunub. İpəkçiliyin inkişafı sahəsində görülən tədbirlər şəhər əhalisinin məşğulluq probleminin həll olunmasında mühüm rol oynayıb. Hazırda müəssisədə 600 nəfərə yaxın işçi çalışır ki, onun da əksəriyyətini qadınlar təşkil edir”.

E.Usubov deyib ki, artıq keyfiyyətli Şəki ipəyindən istehsal olunan müxtəlif məhsulların Avropa bazarlarına çıxarılması istiqamətində iş aparılır: “Milli mədəniyyətimizin ayrılmaz tərkib hissəsi olan ipəkçiliyin inkişafı barama istehsalının artırılmasını tələb edir. Bu məqsədlə yem bazasının genişləndirilməsi üçün son 3 ildə 376 min tut tingi əkilib. Rayonda 2018-ci ildə 48 ton barama istehsal edilib, 2851 nəfər işlə təmin olunub, kümçülər, ümumilikdə, 400 min manatdan çox gəlir əldə ediblər.

Möhtərəm cənab Prezident, Sizin tütünçülüyün inkişafına göstərdiyiniz diqqət və qayğı nəticəsində yerlərdə istehsalçılar arasında bu sahəyə maraq artıb, 2018-ci ildə 2977 ton quru tütün istehsal olunub, 2 min nəfərə yaxın insan işlə təmin edilib, orta məhsuldarlıq 33,9 sentner təşkil edib. Bu il 1030 hektar sahədə tütün əkini proqnozlaşdırılır. Tütün istehsalı sahəsində fərqləndiyinə görə rayonumuzun sakini Mustafayev Əlövsət Əmir oğlunun Sizin Sərəncamınızla 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunması tütünçülərimizin əməyinə verilən ən böyük qiymətdir”.

Təlimlərdə döyüş aviasiya vasitələrinin yerdəyişməsi həyata keçirilir (VİDEO)
Təlimlərdə döyüş aviasiya vasitələrinin yerdəyişməsi həyata keçirilir (VİDEO)
Təlimə cəlb edilən tank bölmələri tapşırıqları yerinə yetirir (VİDEO)
Təlimə cəlb edilən tank bölmələri tapşırıqları yerinə yetirir (VİDEO)
Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlanıb
Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlanıb
Loading Bars
Xəbər lenti
Samuxda "Təmiz hava" aylığı ilə əlaqədar tədbirlər davam etdirilir (FOTO)
Dünyada ötən sutka koronavirusa 658 mindən çox yoluxma qeydə alınıb - ÜST
Bu gündən məktəblər açılır
Azərbaycan və Fransa XİN başçılarının telefon danışığı olub
Qüdsün yaxınlığında sinaqoq kürsüsü çöküb, ölənlər var
Azərbaycan xarici ticarətdə müsbət saldoya nail olub
İspaniya La Liqası: "Barselona" ​​çempion olmaq şansını itirib
Qəzza zolağından mayın 10-dan İsrail istiqamətində 2 968 raket atılıb
Ağcabədidə ağır yol qəzası baş verib: 2 ölü, 3 yaralı var (ƏLAVƏ OLUNUB)
Rusiya prezidenti Azərbaycanın mədəniyyət xadimlərini mükafatlandırıb
Kürdəmir rayonunda "VAZ" yanıb
Şuşa yenidən dirçəlir və qayıdışa hazırlanır - Deputat
Azərbaycanın Türkiyədən kimyəvi məhsul idxalı 30 faiz artıb
Qaradağda “Shacman” aşaraq yanıb
Azərbaycanın əsas ixrac-idxal tərəfdaşları açıqlanıb
Azərbaycandakı tolerantlıq mühitinin Vətən müharibəsində böyük töhfəsini gördük - Deputat
FHN Lənkərandakı qəza ilə bağlı məlumat yayıb
Təlimlərdə döyüş aviasiya vasitələrinin yerdəyişməsi həyata keçirilir (VİDEO)
Azərbaycan OPEC+ sazişini necə icra edir? - Beynəlxalq Agentlikdən qiymətləndirmə
NATO PA-nın yaz sessiyası başlayıb
Ermənistanda partiyalar prezident və baş naziri vəzifədən uzaqlaşdırmağa çağırıb
Soydaşımız cüdo üzrə Amerika çempionu olub (FOTO)
Azərbaycanda iqtisadiyyatın kreditləşməsi artıb - Dünya Bankı
Avtomobildə qadına fiziki zorakılıq edən şəxsin kimliyi məlum olub
Xaçmaz RİH başçısı Aşağıoba və Aslanoba kəndlərində şəhidlərin məzarını ziyarət edib (FOTO)
Təlimə cəlb edilən tank bölmələri tapşırıqları yerinə yetirir (VİDEO)
Səttar Möhbalıyev: “Xarıbülbül” festivalı milli-mənəvi dəyərlərimizin bərpası istiqamətində atılmış ən mühüm addımlardan biri oldu
Manatın məzənnəsi sabit qalır - Dünya Bankı
İranda kiçik təyyarələrin uçuşları dayandırılıb
Qarabağ Müharibəsi Cinayətlərini Araşdırma Komissiyasının ilk iclası keçirilib (FOTO)
Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlanıb
Türkiyədə ticarət mərkəzləri açılır
Narkomanlıqla bağlı 2 mindən çox cinayət faktı aşkarlanıb
Qarabağda enerji infrastrukturunun formalaşdırılması əsas vəzifə kimi müəyyənləşdirilib
Mayın 17-də manatın dollara qarşı məzənnəsi
Raket və artilleriya bölmələri təyin edilmiş marşrutlarla hərəkət edir (VİDEO)
300-ə yaxın jurnalist peyvənd olunub (FOTO)
Ermənistanın sabiq prezidenti müharibədəki məğlubiyyətin səbəblərini açıqladı
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının vaxtı müəyyənləşib
Azərbaycanda bu il istehsal olunan ÜDM-in həcmi açıqlanıb
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 472 nəfər koronavirusa yoluxub, 11 nəfər vəfat edib
Biz həmişə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Udi xalqına olan diqqətini hiss edirik - Alban-Udi Xristian icmasının sədri
Məşhur şirkətin satış təmsilçisinə mənimsəməyə görə cinayət işi açıldı
2867 şəhidin ailə üzvlərinə sosial ödəniş təyinatı aparılıb
Təlimlərə cəlb edilən şəxsi heyət və hərbi texnika təlim bölgəsinə yola düşüb (FOTO)
Bu il Ceyhan terminalından yola salınan AÇG neftinin həcmi 76 milyon barelə çatır
Apreldə 6 minə yaxın qaz abonenti qeydiyyata alınıb
"SOCAR Energy Ukraine" premium yanacağın satışını dayandırıb
Daha 7 marşrut üzrə avtobuslar kart sisteminə keçəcək (SİYAHI)
Yayda ağaclara necə qulluq etmək lazımdır?
İlahiyyat İnstitutunda “Azərbaycanda İslam mədəniyyətinin təşəkkül tarixi” mövzusunda vebinar keçirilib (FOTO)
Sumqayıtda koronavirusa qarşı vaksinasiya davam edir (FOTO)
Şuşanın turizm potensialı ilk dəfə beynəlxalq sərgidə (FOTO)
Naxçıvan Qarnizonu Qoşunlarında növbəti komanda-qərargah təlimi başlayır
Dövlət qulluğunda rəhbər vəzifələr üzrə imtahan keçirilib
Azərbaycanda bankların informasiya təhlükəsizliyi gücləndirilir
Türkiyə fələstinli dinc sakinlərin müdafiəsi üçün beynəlxalq qüvvələrin yaradılmasını təklif edir - Mövlud Çavuşoğlu
Qarabağın müasir standartlara uyğun bərpa edilməsi Azərbaycanın gücünün nümayişidir - Könül Nurullayeva
Türkiyəyə göndərilən daha 5 qazimiz sağalaraq Vətənə geri dönüb (FOTO)
Milli Məclisin nümayəndə heyəti İtaliyaya səfərə gedir
Rusiya aviaşirkəti Bakıya uçuş marşrutlarını artırır
9 ictimai-iaşə obyekti karantin qaydalarını kobud şəkildə pozub - SİYAHI
İranda daha 11 min nəfər koronavirusa yoluxub, 303 nəfər ölüb
Qeyri-iş günlərində paytaxtda 42 min kv.m sahədə təmir işləri aparılıb
Təlimlərə cəlb edilən qoşunlar əməliyyat təyinatı rayonlarına çıxarılır (VİDEO)
"Fitch Ratings" Azərbaycanın xarici dövlət borcu ilə bağlı proqnozlarını açıqlayıb
Azərbaycan daha bir beynəlxalq sənədi təsdiq edir
Bakı Ali Neft Məktəbi “Xanımlar mühəndislikdə: çağırışlar və imkanlar” mövzusunda vebinar təşkil etdi (FOTO)
Türkiyədə vaksinasiya olunmuş 65 yaşdan yuxarı şəxslər üçün karantin yumşaldılır
Sabah 35 dərəcə isti olacaq
Sərhəddə yaşanan gərginliyin səbəbi Ermənistanın işğalçılıq siyasətidir - Politoloq
Bayram günlərində milli parkları 7 minə yaxın turist ziyarət edib (FOTO)
İsrailin müdafiə naziri regiondakı vəziyyəti ABŞ rəsmisi ilə müzakirə edib
DSMF-nin sabiq şöbə müdirinin işi məhkəməyə göndərildi
Azərbaycanda çəltik sığortasının məbləği açıqlandı
Daha 12 nəfərin diaqnozunun və sağlamlıq durumunun əlilliyə əsas vermədiyi müəyyən edildi (FOTO)
IBA Tech Akademiyasında daha 50 peşəkar yetişdiriləcək!
Ötən 4 ayda əhaliyə keçən ilin eyni dövrünə nisbətən 6 faiz çox vəsait ödənilib
Nə zaman açıq havada maskasız gəzə bilərik? - Komitə sədrindən AÇIQLAMA
“AccessBank”da yeni təyinat: Ramin Hüseynov “AccessBank”a Maliyyə üzrə Baş Direktor təyin olunub
İranın super-kompüteri işə başlayıb
Bakıda cibgirlik edən bacıların görüntüləri yayıldı (FOTO/VİDEO)
Ağcabədidə narkotacir 3 kiloqramdan artıq marixuana ilə tutuldu (FOTO)
Goranboyda evdən 5 min manata yaxın oğurluq edən dəstə saxlanıldı (FOTO/VİDEO)
Ötən gün ölkədə 43 yanğın olub, 2 nəfər xilas edilib (VİDEO)
Bakıda dönərxananın fəaliyyəti dayandırılıb
Bulvarda hasarlanmış ərazidə Müslüm Maqomayevin heykəli qoyulacaq - ÖZƏL (FOTO)
Sərhədçilərimizi öldürən sərhəd pozucusu saxlanıldı
Bakı-Qazax yolunda orta yaşlı kişini maşın vurub öldürdü - FOTO
BP-dən UNEC-ə töhfə: beynəlxalq miqyasda tanınan dərsliklər (FOTO)
Vüqar Səfərlinin həbs müddəti 3 ay uzadıldı
Xocavənddə silah-sursat aşkarlandı
"Fitch Ratings" Azərbaycanda inflyasiya ilə bağlı proqnozları açıqlayıb
Azərbaycanda qızıl bahalaşıb
DİM növbəti imtahan keçirdi, nəticələr 6 gün sonra açıqlanacaq
Qazaxıstanda koronavirusa daha 2 459 nəfər yoluxub
Azərbaycan Ordusunda təlimlər başlayıb
Yaponiya sahillərində 6.1 bal gücündə zəlzələ olub
Mayın 16-da xarici valyutaların manata qarşı məzənnələri
Bütün xəbərlər