...

Azərbaycan Universitetinin tələbələri Almaniya, İtaliya və Xorvatiyada təhsil alacaqlar (FOTO)

Cəmiyyət Materials 4 Fevral 2019 14:10 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Universitetinin 6 tələbəsi 2018/2019-cu tədris ilinin yaz semestrində təhsillərini Almaniyanın Koblenz, İtaliyanın Sapienza və Xorvatiyanın Dubrovnik universitetlərində davam etdirəcək.

Universitetdən Trend-ə verilən məlumata görə, tələbələr qeyd olunmuş tərəfdaş ali təhsil müəssisələrində “Erasmus+” mübadilə proqramı çərçivəsində təhsil almaq hüququ əldə ediblər.

Mübadilə tələbələrindən 4-ü magistratura, 2-si isə bakalavriat pilləsində təhsil alır. Mübadilə dövründə tələbələrin müvafiq fənlər üzrə topladıqları kreditlər Azərbaycan Universiteti tərəfindən tanınır.

Azərbaycan Universitetinin 4 müəllimi isə yaz semestrində “Erasmus+” mübadilə proqramı xətti ilə Polşanın Krakov, Xorvatiyanın Dubrovnik və İtaliyanın Sapienza universitetlərində mühazirə oxumaq üçün dəvət alıb.

Qeyd edək ki, beynəlxalq təcrübənin öyrənilməsi və mübadilə prosesində iştirakın təhsilin mühüm tərkib hissəsi olduğuna inanan Azərbaycan Universiteti beynəlxalq əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verir və tələbələrin xaricdə təhsil almaları üçün təşəbbüslər irəli sürür. Tələbələrə və heyətə Avropa Birliyinin maliyyələşdirdiyi “Erasmus+”, Alman Akademik Mübadilə Xidməti (DAAD) və Türkiyə Respublikasının maliyyələşdirdiyi “Mevlana” proqramı üzrə Avropa və Türkiyənin tərəfdaş ali təhsil müəssisələrində tələbə və müəllim mübadiləsi imkanları təklif olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti