...

“İntellektual Klubların Gənclər Kuboku” adlı intellektual yarış keçirilib

Cəmiyyət Materials 4 Fevral 2019 18:00 (UTC +04:00)
“İntellektual Klubların Gənclər Kuboku” adlı 2 gün davam edən intellektual yarış keçirilib.
“İntellektual Klubların Gənclər Kuboku” adlı intellektual yarış  keçirilib

Bakı. Trend:

Gənclər Fondunun təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr edilmiş müxtəlif regionları və klubları təmsil edən komandalardan ibarət “İntellektual Klubların Gənclər Kuboku” adlı 2 gün davam edən intellektual yarış keçirilib.

Fonddan Trend-ə verilən məlumata görə, tədbirin rəsmi açılış hissəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəsmiləri, millət vəkilləri, ali təhsil ocaqlarının rektorları, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov qonaqları salamlamış və bilik yarışında iştirak edən komandalara uğurlar arzulayıb.

Fondun rəhbəri qeyd edib ki, bu turnir Gənclər Günü münasibəti ilə təşkil edilən silsilə tədbirlərdən biridir və Gənclər Fondu bu tipli yarışların təşkilində bundan sonra da gənclərə dəstək göstərəcək. Daha sonra Milli Məclisin gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov və Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxış ediblər. Rəsmi hissə bitdikdən sonra 70 komandanın iştirak etdiyi turnir açıq elan olunub. Turnirdə 70 komandanın tərkibində 500-dək gənc iştirak edib. Bu komandaların 20-si müxtəlif regionları təmsil edib. “İntellektual Klubların Gənclər Kuboku” nun gərgin keçən yekun mərhələsində “JM” komandası 1-ci, “Vendomat” komandası 2-ci, “Prestij” komandası 3-cü yeri tutmuşdur. Regionlar üzrə komandalardan isə 1-ci yeri Sabirabad komandası, 2-ci yeri Gəncə komandası və 3-cü yeri isə İsmayıllı komandası əldə etmişdir. Qaliblər qiymətli hədiyyələr, sertifikat və kubokla təltif ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti