...

Özəlləşdirmə ilə bağlı YENİ TƏLƏBLƏR - Obyektlərə 10 il sonra dəyişiklik edilə bilər

Cəmiyyət Materials 9 Fevral 2019 08:00 (UTC +04:00)
Gənclərlə bağlı obyektlər özəlləşdirmədən 10 il sonra təyinatlarını dəyişə biləcəklər.
Özəlləşdirmə ilə bağlı YENİ TƏLƏBLƏR - Obyektlərə 10 il sonra dəyişiklik edilə bilər

Baki. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda gənclərin təhsili, asudə vaxtının təşkili, inkişafı ilə bağlı fəaliyyət göstərən obyektlər özəlləşdirildikdən sonra 10 il müddətinə onların funksional təyinatının dəyişdirilməsinə və ya başqa məqsədlər üçün istifadə edilməsinə yol verilmir.

Trend-in məlumatına görə, bununla bağlı “Gənclər siyasəti haqqında” qanuna dəyişikliklərin edilməsi təklif edilir.

Qanunun hazırkı variantına əsasən, gənclərin təhsili, tərbiyəsi, asudə vaxtının təşkili, fiziki və mənəvi inkişafı ilə bağlı fəaliyyət göstərən obyektlərin qorunmasına dövlət təminat verir. Bu obyektlər qanunvericilikdə müəyyən olunmuş qaydada özəlləşdirildikdən sonra 5 il müddətində onların funksional təyinatının dəyişdirilməsinə və ya başqa məqsədlər üçün istifadə edilməsinə yol verilmir.

Yeni dəyişikliklərdə isə bu müddətin artırılaraq 10 ilə qaldırılması təklif edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti