...

Kəlbəcərli seçicilərin növbəti qəbulu keçirilib (FOTO)

Cəmiyyət Materials 13 Fevral 2019 10:04 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanovun seçiciləri ilə millət vəkilinin tapşırığına əsasən mütəmadi olaraq görüşlər keçirilir və onların problemləri dinlənilir.
Kəlbəcərli seçicilərin növbəti qəbulu keçirilib (FOTO)

Bakı. Trend:

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanovun seçiciləri ilə millət vəkilinin tapşırığına əsasən mütəmadi olaraq görüşlər keçirilir və onların problemləri dinlənilir.

Cəmiyyətdən Trend-ə verilən məlumata görə, bu günlərdə növbəti qəbul keçirilib. Qəbulu aparan millət vəkilinin nümayəndəsi Həbib Misirov bildirib ki, müraciətlər əsasən iş və yaşayış yeri ilə təmin edilmə, müalicə-müayinə, ünvanlı sosial yardımın alınması, təhsil, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, qeydiyyat, sənədləşdirmə, hüquqi yardım və s. ilə bağlı olub. Qəbula gələn seçicilərin problemləri ayrı-ayrılıqda dinlənilib, onları narahat edən məsələlərin həlli istiqamətində müvafiq işlərin görüləcəyi bildirilib.

Qeyd edilib ki, bütün qaldırılan məsələlər diqqət mərkəzində olacaq, aidiyyatı orqanlara sorğular göndəriləcək. Seçicilərin bir qisminin ərizələri baxılması üçün aidiyyəti orqanlara göndərilməsi qərara alınıb. Müraciət edən bəzi seçicilərin problemləri yerindəcə həll edilib. Qəbulda 76 nəfər seçici iştirak edib.

Bildirilib ki, millət vəkili Cavid Qurbanov daim Kəlbəcər rayonundan olan seçicilərin problemlərini diqqət mərkəzində saxlayır, onların problemlərinin həlli üçün əlindən gələni etməkdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti