Bakı. Trend:
Məcburi köçkünlərin birbaşa yaşayış yerlərində hərtərəfli tibbi müayinəyə cəlb olunması üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə fevralın 15-də Bərdə rayonunda tibbi aksiya keçiriləcək.
Komitədən Trend-ə verilən məlumata görə, rayondakı məcburi köçkünlər üçün salınmış qəsəbədə təşkil ediləcək tibbi aksiyada akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının həkim briqadası iştirak edəcək. Vətəndaşlar yüksək ixtisaslı tibb heyəti tərəfindən ödənişsiz əsaslarla müayinə olunacaq, lazımi həkim məsləhəti ala biləcəklər.
Bu cür tibbi aksiyaların respublika ərazisində məcburi köçkünlər üçün salınmış digər qəsəbələrdə də keçirilməsi nəzərdə tutulub.