...

İlin əvvəlində 12369 körpə doğulub

Cəmiyyət Materials 15 Mart 2019 20:31 (UTC +04:00)
2019-cu ilin yanvar ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 12369 doğulan körpə qeydə alınıb.
İlin əvvəlində 12369 körpə doğulub

Bakı. Elçin Mehdiyev - Trend:

2019-cu ilin yanvar ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 12369 doğulan körpə qeydə alınıb.

Trend-in məlumatına görə, əhalinin hər 1000 nəfərinə bu göstərici 14,8 təşkil edib.

Körpələrin 298-i əkiz, 9-u isə üçəm doğulub.

Qeyd edək ki, ötən ilin yanvar-oktyabr aylarında Azərbaycanda 116 365 doğulan körpə qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti