...

Azərbaycan Universiteti şəhid məzunu Fəxrəddin Qurbanlını unutmur (FOTO)

Cəmiyyət Materials 5 Aprel 2019 10:25 (UTC +04:00)
2016-cı il Aprel döyüşlərində şəhid olan məzunu Fəxrəddin Qurbanlının xatirəsini daim uca tutan Azərbaycan Universitetində 1-6 aprel tarixləri “Fəxrəddin Qurbanlını anım həftəsi” elan olunub.
Azərbaycan Universiteti şəhid məzunu Fəxrəddin Qurbanlını unutmur (FOTO)

Bakı. Trend:

2016-cı il Aprel döyüşlərində şəhid olan məzunu Fəxrəddin Qurbanlının xatirəsini daim uca tutan Azərbaycan Universitetində 1-6 aprel tarixləri “Fəxrəddin Qurbanlını anım həftəsi” elan olunub.

Trend-in məlumatına görə, anım həftəsi çərçivəsində dərslərdə tələbələrə Azərbaycan Ordusunun qələbə əzmini və ədalətin bərpa olunacağını bütün dünyaya sübut edən “Aprel döyüşəri və nəticələri” haqqında məlumat verilir, şəhidin xatirəsi hörmət və ehtiramla yad edilir.

Universitetdə Fəxrəddin Qurbanlının xatirəsinə guşə yaradılıb, I kurs tələbələri üçün şəhidin xatirəsinə həsr olunmuş “Lələtəpədə yazılan dastan” sənədli filminin nümayişi təşkil olunub. Şəhidin ailə üzvləri filmi universitet heyəti və tələbələrlə birlikdə izləyib. Sənədli filmdə şəhidin ailə üzvləri, orta məktəb və universitet müəllimləri, sinif və qrup yoldaşları, yaxınları onun keçdiyi həyat yoluna işıq salır, xatirələrini bölüşürlər.

Aradan keçən 3 il ərzində Fəxrəddin Qurbanlının ailəsinə daim mənəvi dəstək olan Universitet rəhbərliyi bu il də şəhidin yas mərasimində iştirak edərək mənəvi həmrəylik nümayiş etdirib.

Qeyd edək ki, Azərbaycan Universiteti tərəfindən 2016-cı ildə “Şəhid Fəxrəddin Qurbanlı adına təqaüd” təsis olunub. Ümumi məbləği 500 manat olan təqaüd birinci tədris ilinin birinci semestrində universitetə ən yüksək balla qəbul olmuş tələbəyə verilir. Aprel döyüşlərinin ikinci ildönümündə isə şəhidin xatirəsinə həsr olunmuş “Şəhidlər ölmür” adlı xatirə kitabı nəşr olunub. Kitabda şəhid haqqında bioqrafik məlumat, müəllim və tələbə yoldaşlarının xatirələri ilə yanaşı Universitetin magistratura tələbəsi Reyhan Mənəfovanın Fəxrəddin Qurbanlıya həsr etdiyi “Vətən qartalı” adlı şeir, həmçinin fotoları yerləşdirilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti