...

Bəzi tərəvəz məhsullarının qiymətində baş verən artımla bağlı RƏSMİ

Cəmiyyət Materials 8 Aprel 2019 12:40 (UTC +04:00)
İqtisadiyyat və Kənd Təsərrüfatı Nazirlikləri son günlər bəzi tərəvəz məhsullarının qiymətində baş verən artımla bağlı birgə məlumat yayıb.
Bəzi tərəvəz məhsullarının qiymətində baş verən artımla bağlı RƏSMİ

Bakı. Trend:

İqtisadiyyat və Kənd Təsərrüfatı Nazirlikləri son günlər bəzi tərəvəz məhsullarının qiymətində baş verən artımla bağlı birgə məlumat yayıb.

Trend-ə daxil olan birgə məlumatda deyilir:

"Məlum olduğu kimi, son vaxtlarda daxili bazarda kartof, soğan və kələmin qiymətində ciddi artım baş verib.

Bununla əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 aprel 2019-cu il tarixli qərarı ilə beynəlxalq təcrübəyə uyğun olaraq, həmin məhsulların istehsal mövsümü də nəzərə alınmaqla, kartofun ixracına bu ilin 30 aprelinədək, soğan və kələmin ixracına isə 31 may tarixinədək ixrac rüsumunun tətbiqinə başlanmış, habelə soğanın idxalına tətbiq olunan spesifik rüsum həmin müddətədək ləğv edilib.

Atılmış bu addım daxili bazarda qiymət sabitliyinin təmin olunmasına, ölkə əhalisinin bu məhsullara olan tələbatının daha dolğun ödənilməsinə xidmət edir.

Sahibkarların məhsullarının satışında yarana biləcək çətinliklərin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görüləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti